Mirziyoyev yüzlərlə insanı əfv etdi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 8 dekabr Konstitusiya Günündən əvvəl 615 nəfəri əfv edib.
Adalet.az xəbər verir ki, bununla bağlı fərman prezidentin saytında dərc edilib.
Fərmanda bildirilir ki, əfv olunanlar "səmimi qəlbdən tövbə edən və islah yoluna qətiyyətlə sadiq qalanlar"dır. 615 nəfərdən 220-si tam şərti azadlığa buraxılıb, 123-ü şərti azadlığa buraxılıb, 97 məhkum barəsindəki həbs qətimkan tədbirləri dəyişdirilib və 175 məhkumun həbs cəzası azaldılıb.
Əfv olunanlar arasında doqquz əcnəbi, 29 qadın, 23 kişi, 264 yaşına çatmamış şəxs və qadağan olunmuş təşkilatların doqquz məhkum üzvü var.


Bakı -°C

