adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Noyabr 2019 14:00
14118
MƏMLƏKƏT

MirHəsən Seyidov: "Sevindirici haldır ki, ”İrəli” İctimai Birliyinin..."

"İrəli”İctimai Birliyinin sədri MirHəsən Seyidov Birlik tərəfindən Dövlət Bayraq Gününəhəsr olunan "Üçrəngli Bayrağın Kölgəsində Mən” milli vətənpərvərlikaksiyası haqqında fikirlərini bildirib. MirHəsənSeyidov ölkədə ciddi rezonans doğuran bayraq təşəbbüsü ilə bağlı qeyd edibki, aksiyanın uğurla davam etməsi ölkədəvətənpərvərlik ruhunun ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir: "2014-cu ildə "İrəli” İB-nin təşəbbüsü ilə dahişairimiz Bəxtiyar Vahabzadənin "Bayraq" şeirinin geniş vüsət alaraqAzərbaycan ictimaiyyətinə təqdimatının hazırlanması, "Bayraq" əsərininməşhurların ifasında səslənməsi ilə aksiyaya start verdik. 2016-ci ildə Azərbaycanordusunun, gəncinin Aprel döyüşlərininşanlı qələbəsinə ölkəmizdə həmrəylik nümayiş etdirmək məqsədi ilə"Eyvanlara bayraq asaq" aksiyasına başladıq. Beləliklə, zəfərsorağımız olan şanlı bayrağımızın eyvanlarda asılması ölkəmizdə daha da genişvüsət almağa başladı.”

"Sovetittifaqının hələ mövcudluğunu saxladığı dövrdə üçrəngli bayrağımız Ümummillilider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinə gətirilib, muxtarrespublikanın bayrağı kimi təsdiqlənib. Bu, Azərbaycan xalqının azadlıq ruhunudaha da qüvvətləndirib və müstəqilliyimizin bərpasında önəmli rol oynayıb.Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hərzaman bildirir ki, gənclər vətənpərvər ruhda yetişməlidir. 2019-cu il Prezident İlham Əliyevin gənclərlə görüşündəvətənpərvərlik, milli ruh fikirlərinə əsaslanaraq, İRƏLİ illərdir başlayan bu ənənənidavam etdirərək, Azərbaycanı "Üçrəngli bayrağın kölgəsində"toplamağa başladı. Artıq 26 oktyabr tarixindən etibarən davam edən aksiyamızda#BayraqMenliyimdir adı ilə yüzlərlə gənc, "İrəli" İctimai Birliyinin üzvləriilə yanaşı, nazirliklər, ali təhsil ocaqları, peşə təhsili müəssisələri,olimpiya idman kompleksləri, gənclər və idman idarələri, gənclər təşkilatları,gənclər evi və mərkəzləri, xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları,müxtəlif idman federasiyaları, mətbuat orqanları və digər dövlət və özəlqurumlar aksiyaya öz dəstəklərini göstəriblər”-deyə, sədr bildirib.

MirHəsənSeyidov onu da qeyd edib ki, Azərbaycan gənci hər zaman vətənpərvər ruhda,torpağına, bayrağına bağlı olmalıdır. Biz də hər zaman bu mənəvi dəyərlərininkişafı üçün çalışırıq. Bu bizim ümummilli məsələmizdir. Mübarizə əzmimizin ənbariz nümunəsidir. Üzərində yüzlərlə şəhid qanı, qazi şücaəti daşıyır bubayraq. Məhz bu səbəbdən səsimizə səs verib, şanlı bayrağımızı eyvanlarındadalğalandıran bütün şəxslərə təşəkkür edirəm.