adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Fevral 2020 09:42
13569
MƏMLƏKƏT

MİRCƏFƏR BAĞIROVUN ÇAĞIRIŞINA GETMƏYƏN XANIM!

Sosial şəbəkələrdə Üzeyir bəy Hacıbəylinin belə bir fikrini paylaşıblar: «Qoy ədəbiyyat tarixinəyazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad olduki, şairin iadei-səhhəti üçün, milyonçukişilərə rəğmən, öz varından keçəcəkqədər böyük bir hamiyyət göstərdi».

Söhbət Pənahxanın nəvəsi Məmməd bəy Cavanşir Batmanqılıncın nəticəsi Həmidə xanım Cavanşirdən, böyük Mirzə Cəlilin xanımındangedir. Mirzə Ələkbər Sabirin müalicəsi zamanı nəinki onun bütün xərcini ödəyib, həm də öz evində saxlayıb və şəxsən qulluğunda durub.

O Həmidə xanımCavanşir ki, Mircəfər Bağırovun asıb-kəsənvaxtı Ağdama gəlir və Kəhrizliyə adamgöndərir ki, Həmidə xanımla görüşmək istəyir, gəlsin Ağdama. Bəy qızı bəyBağırovun dəvətini rədd edir.

İmkan tapanda Mehriban Vəzirin min bir müsibətlə tapıbüzə çıxartdığı kitabı – «Həmidəxanımın xatirələri» kitabını oxuyun. Görün, Azərbaycanda necə xanımlarolub.