Mir Şahinin vaxtı - VİDEO
REAL TV-də xüsusi buraxılış
Azərbaycan dövləti öz müstəqilliyini qorumaq uğrunda apardığı mübarizənin yeni fazasındadır. Dövlət bir neçə gündür ki, ona ünvanlanan zərbələri dəf edir. Ölkədən kənarda qərarlaşan, qiyamçı-terrorçu tonu ilə ənənəvi müxalifət birləşmələrindən fərqlənən, vətəndaşları dövlət çevrilişinə çağıran qüvvələrin Azərbaycanın içindəki kriminal elementlərlə müttəfiqliyi nəticəsində böyük miqyası əhatə etməsə də qarışıqlıq yaradıldı.
Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə terror həmləsinin ardınca terrorçular ölkənin ikinci ən böyük şəhərinin Baş Polis İdarəsi rəisinin müavini İlqar Balakişiyev və Gəncə şəhəri Nizami rayon polis idarəsi rəisinin müavini Səməd Abbasovu qətlə yetirdilər. Gəncə Baş Polis İdarəsi, post-patrul taborunun qərargah rəisi leytenant Samir Bayramovu ağır yaraladılar.
Terrorçuların növbəti qrupu yaxalandı. Qaçıb özünü qanundan kənar qoymağa çalışanların axtarışı davam etdirilir. Gəncə öz sakit, dinc həyatını davam etdirir. Uzun illərdən sonra Azərbaycan vətəndaşlarının yenidən üz-üzə qaldığı terror aktının təfsilatını sizə çatdırmaq məqsədilə Gəncədə olduq. Hadisə rayonuna baş çəkdik, şahidləri dinlədik və qanlı 10 iyulun informativ bərpasına çalışdıq.
Digər Xəbərlər
02 May 2024 10:13
İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
01 May 2024 09:46Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44