adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Sentyabr 2018 10:45
3286
GÜNDƏM

Mir Cəlal Paşayev Vyanada anılıb


Sentyabrın 24-dəVyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli yazıçı, ədəbiyyatşünas alimMir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Adalet.azın Azərtac-a istinadən verdiyi xəbərə görə, mərkəzindirektoru Leyla Qasımova XX əsrdə Azərbaycan elmi, ədəbiyyatı və təhsilinininkişafında əvəzsiz rol oynamış Mir Cəlal Paşayevin həyat və yaradıcılığındandanışıb.

O, bu il yazıçının 110 illik yubileyi münasibətilə həm Azərbaycanda,həm də xarici ölkələrdə silsilə tədbirlərin təşkil edildiyinidiqqətə çatdırıb. Bildirib ki, ötən əsr Azərbaycan ədəbiyyat tarixi və ədəbitənqid məktəbində önəmli yerə malik Mir Cəlal özünü oxuculara ilk növbədə hekayələriilə sevdirə bilib. Sadə insanların gündəlik həyatı və güzəranı, əxlaqidəyərlər, sosial problemlər və ictimai mövzular yazıçının hekayələrində dolğunşəkildə öz əksini tapır. Mir Cəlal dövrünün çatışmazlıqlarını adi həyatdangötürdüyü və bəzən də yumorun dili ilə oxucuya çatdırmağı məharətlə bacaran,ictimai tənqidi incə yumorla qələmə alan yazıçı kimi məşhurlaşıb. Məhz bunagörə də onu "kiçik janrın böyük ustadı” adlandırırlar.

Qeydedilib ki, Azərbaycan Mədəniyyət Mərkəzi bu günlərdə vəfatının 40-cı ili tamamolan ədibin yaradıcılığına yenidən müraciət edib. Onun "Kəmtərovlar ailəsi”hekayəsinin motivləri əsasında ekranlaşdırılmış "İki yad adam” bədii filminiAvstriya ictimaiyyətinə təqdim etmək qərarına gəlib. Bu məqsədlə filminyaradıcı heyəti – Əməkdar artist Gülşad Baxşıyeva, layihə müəllifi və prodüserHüseyn Cavadzadə, ssenari müəllifi Nicat Dadaşov, aktyor Riad Abdulov Vyanayadəvət edilib.

Filminlayihə müəllifi və prodüseri, "ADDIM” Gənclər Təşkilatının sədri HüseynCavadzadə bildirib ki, bu gün gənc yaradıcı insanların üzərinə böyük ədibinirsini geniş kütləyə tanıtmaq məsuliyyəti düşür. Filmin əsasında duran"Kəmtərovlar ailəsi” hekayəsi 60 il bundan öncə yazılmasına baxmayaraq, bu gündə öz aktuallığını qoruyub saxlayır və məhz buna görə ölkəmizin hüdudlarındankənarda da sevilir, festivallarda mükafatlara layiq görülüb. Film ötən ilinmart ayında ilk dəfə Çinin paytaxtı Pekin şəhərində keçirilən "Grand Asian”film festivalında nümayiş olunub və "Ən yaxşı sosial film” nominasiyasında qalibolub.

ƏməkdarArtist Gülşad Baxşıyeva film haqqında fikirlərini bölüşərkən qeyd edib ki,müasir həyatla səsləşən hekayədə və onun ekran əsərində əsas qayə insanlarışan-şöhrət, var-dövlət dalınca qaçmaqdansa, öz ülvi hisslərini yaşamağa, axıbgedən həyatda öz gəncliklərinin və bir-birlərinin qədrini bilməyə çağırmaqdır.

Sonra"ADDIM” Gənclər Təşkilatının sifarişi ilə "Caspian Media Group” şirkətitərəfindən Mir Cəlal Paşayevin "Kəmtərovlar ailəsi” hekayəsinin motivləriəsasında ekranlaşdırılan "İki yad adam” filmi təqdim olunub.

Filmdəəsas rollarda Əməkdar Artist Gülşad Baxşıyeva, aktyorlar Duyğu Dəvəli, RiadAbdulov, Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə vəbaşqaları çəkiliblər.

Tamaşaçılartərəfindən böyük maraqla qarşılanan filmin təqdimatından sonra yaradıcı heyətinüzvləri film barədə öz fikirlərini bölüşüb, tamaşaçıların suallarınıcavablandırıblar.