adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Noyabr 2018 18:14
8416
MƏMLƏKƏT

Minnətdarlıq

Diqqətinizəçatdırmaq istəyirik ki, yaşadığımız ünvan 16 mərtəbəli və 3 bloklu binadır. Bubinada 128 mənzil var və mənzillərdə təqribən 650 nəfərə yaxın sakin məskunlaşıbdı.Bunu xatırlatmaqla bildirmək istəyirik ki, bizim bina sovet dönəmində, yəni1990-cı ildə istifadəyə verilib. Həmin vaxt binanın hər üç blokunda iki liftquraşdırılmışdı. Onlardan biri böyük, yəniyük üçün nəzərdə tutulmuşdu, digəri isə insanların istifadəsi üçün idi.

Çox qəribədirki, istifadəyə verildiyi gündən bu günə qədər həmin böyük lift ümumiyyətlə işləmədivə keçən dövr ərzində həmin liftin hissələri də Bakı Lift İdarəsinin köhnə rəhbərliyininməsuliyyətsizliyi üzündən sökülüb haralarasa, kimlərəsə satıldı. İndi özünüz təsəvvüredin ki, bir liftin ümidinə qalan hər blokun sakini saatlarla, bəzən günlərləgözləməli olurdu. Çünki həmin lift də tez-tez yararsız hala düşürdü. Nəhayət,Bakı Lift İdarəsində edilən dəyişikliklərdən sonra biz sakinlər ümidlə onlaramüraciət etdik. Çox sevindirici haldır ki, müraciətimizə dərhal reaksiyaverildi. Heç inanıb gözləmədiyimiz bir halda Lift İdarəsinin baş direktoruXalid Ələkbərov, onun müavini Şahin müəllim, eləcə də Xətai rayon Lift İdarəsininmüdiri Dadaş Nəbiyev və digər əlaqədar şəxslər qısa zamanda bizim illərdən bəriproblemimiz olan lift məsələsini həll etdilər. Artıq binamızdakı hər iki liftçox normal bir şəkildə işləyir. Binanın yaşlı sakinləri, xüsusilə sağlamlıqdurumunda problemi olanlar və bütövlükdə Gəncə prospekti-20 "A"binasında məskunlaşan hər kəs xeyirxahlarımıza öz dərin təşəkkürünü bildirir. Və"Ədalət" qəzeti olaraq sizdən də rica edirik ki, bizim minnətdarlıqduyğularımızı həmin xeyirxah insanlara çatdırasınız.

Binanın sakinləriadından:

Ramiz Cəbrayılov