Mingəçevir Dövlət Universiteti (MDU) "Ali Təhsildə Keyfiyyətin Təminatı" Milli Simpoziumunda Təmsil Olunub
26-27 sentyabr 2024-cü il tarixində ADA Universitetində "Ali təhsildə keyfiyyətin təminatı" mövzusunda ilk milli simpozium keçirilib. Təhsil sahəsində mühüm əhəmiyyət kəsb edən bu tədbir, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) dəstəyi və təşkilatçılığı ilə baş tutub. Simpoziumda ölkənin müxtəlif ali təhsil müəssisələrindən gələn çoxsaylı nümayəndələr iştirak etmiş və ali təhsil sistemində keyfiyyətin təmin olunması ilə bağlı geniş müzakirələr aparılıb.
Mingəçevir Dövlət Universiteti (MDU) də bu əhəmiyyətli tədbirdə təmsil olunub. Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin müdiri Azad Mirzəbəyov təmsil edərək, ali təhsildə keyfiyyətin təmin olunmasına dair aktual məsələlər və yeniliklərlə bağlı fikir mübadilələrində fəal iştirak edib.
Simpozium çərçivəsində keçirilən panel müzakirələr və seminarlar zamanı, ali təhsil müəssisələrinin inkişafında keyfiyyətin təmin edilməsi, təhsil prosesinin daha effektiv idarə olunması və bu sahədə beynəlxalq təcrübənin tətbiqi barədə geniş məlumat verilib
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti (MDU ) keyfiyyət təminatı və davamlı inkişaf istiqamətində atılan hər bir addımı dəstəkləyir və ali təhsilin inkişafı üçün qarşıya qoyulan məqsədlərə çatmaq yolunda fəaliyyətini davam etdirir.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

