Millimizin üzvü qətl işinə görə axtarışa verildi - Açıqlama
Azərbaycan millisinin güləşçisi Nurməhəmməd Hacıyev axtarışa verilib.
Qol.az "Chernovik" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı idmançı Mahaçqala sakini Abdulbasir Ömərovun öldürülməsində ittiham olunur.
Azərbaycan Güləş Federasiyasından "Report"a bildirilib ki, hadisədən sonra güləşçinin ailəsi ilə əlaqə saxlanılıb. Federasiya hadisənin necə baş verdiyini öyrənməyə çalışdığını vurğulayıb: "Əldə etdiyimiz məlumata görə, cinayət ailə-məişət zəmnində münaqişə üzündən baş verib. Bu münaqişə zamanı cinayət törədilib. Ancaq bildiyimizə görə, Nurməhəmməd Hacıyev birbaşa cinayətdə iştirak etməyib. Sadəcə hadisə şahidi olub. Araşdırma davam edir. Federasiya prosesin davamını və yekunlaşmasını gözləyir".
Qeyd edək ki, Nurməhəmməd Hacıyevlə yanaşı, Surakat Asiyatilov və Hüseyn Asiyatilov Abdulbəşir Ömərovun ölümündə təqsirləndirilir. Ömərov "Daqavtodor” və "Kaspi” Yollar İdarəsinin sabiq rəhbəri Məhəmmədrəsul Ömərovun qardaşı oğludur.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00