Milli Şuradan Razi Nurullayevə ittiham
Milli Şuranın sessiyası keçirilib. Sessiyada keçmiş AXCP sədrinin müavini Razi Nurullayevlə yanaşı, qurumda fəaliyyətini dayandıran KXCP sədri Mirmahmud Mirəlioğlu və partiyanın bəzi üzvləri qurumdan çıxarılması yönündə qərar qəbul olunub.
Milli Şuranın üzvü Eldəniz Quliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq müavini Razi Nurullayevin Milli Şuradan kənarlaşdırılmasına münasibət bildirib: "Razi Nurullayev Milli Şuranın sessiyalarına 3 dəfə qatılmadığına görə, Nizamnaməyə uyğun olaraq qurumdan çıxarılıb. Həm də AXCP-dən çıxarılandan sonra Razi Nurullayevin açıqlamaları ziyanlı, qeyri-səmimi və qeyri-demokratik oldu. Bütün bunlar nəzərə alınaraq, yekdilliklə onun qurumdan çıxarılması haqqında qərar qəbul edildi”.
O, R.Nurullayevin qurumdan kənarlaşdırılmasını onun "bir ayağının iqtidarda, bir ayağının müxalifətdə olması" ilə izah edib.
Digər Xəbərlər
28 Aprel 2024 23:05
ABŞ Dövlət katibi: Azərbaycanla ikitərəfli əlaqələri gücləndirmək niyyətindəyik
28 Aprel 2024 23:03Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır
28 Aprel 2024 23:02Blinken: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək göstərməyə hazırıq
28 Aprel 2024 23:00İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır
28 Aprel 2024 22:57