adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Aprel 2019 12:37
7242
GÜNDƏM

Milli qəhrəman TEYMUROV RİZVAN

Bu gün 16 aprel özcanını Vətənə qurban verərək şəhidlik zirvəsinə ucalmış Azərbaycanın Milli QəhrəmanıRizvan Teymurovun doğum günüdür.

TEYMUROVRİZVAN RƏHMAN oğlu - 16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndindəziyalı ailəsində doğulmuşdur.

9 dekabr 1991-ci il... Cəsur əsgərinson döyüşü... Rizvan səhər tezdən əməliyyata gedəcəkdi. O, dincəlməli idi. Gecədənxeyli keçsədə gözünə yuxu getmirdi. O, qalxıb yoldaşlarının yanına - Kərkicahanagetməyi qərara aldı. Gecə erməni yaraqlıları qəfil hücuma keçdilər. Lakin cəsurdöyüşçülərimizin qarşısında tab gətirə bilməyəcəklərini görüb geri çəkildilər.O, Xankəndi-Kərkicahan ətrafında gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr1992-ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğluna ölümündənsonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Şuşa rayonunun Quşçular kəndində dəfn edilmişdir.

Bakının Nizami rayonundakı küçələrdən biri onunadını daşıyır.