adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Iyun 2018 17:50
21053
MƏMLƏKƏT

Milli park, yoxsa pullu park?

Bugün paytaxt sakinlərinin üz tutduğu məkanlardan birincisi bulvardı. 1998-ci ildənMilli Park statusu qazanmış Bakı bulvarı kiçiklərin də, böyüklərin də hər zamanistirahət ünvanı olub. Həm mənzərəsi, həmtəmizliyi, həm də rəngarəngliyi ilə insanları özünə cəlb edən MilliParkımız bu gün dünyanın ən məşhur parkları ilə müqayisə ediləcək dərəcədəinkişaf etmişdir. Lakin çox əfsuslar olsun ki, insanların bura olan sevgisindən,bağlılığından bəzi işbazlar öz maddimaraqları üçün istifadə edirlər. MilliParkımızda əsl soyğunçuluqla məşğul olurlar. Bu bulvarın hər addımlığında özünügöstərir.

MilliPark əvvəlki bulvarın ərazisindən xeyli genişdir. Və bu genişlənmə prosesi bugün də davam edir. Amma nə qədər genişlənsə də bulvar adı çəkiləndə ilk növbədədəniz vağzalının yanından başlayıb "köhnə inturist" mehmanxanasınınyanınacan olan ərazi gözümüz önündə canlanır. Bu səbəbdən də Milli Parka dənizvağzalı tərəfindən daxil olduq. Məqsədimiz Milli Parkda fəaliyyət göstərənattraksionların, kafelərin, ticarət və xidmət obyektlərində təklif olunan qiymətlərbarədə məlumat toplamaq idi.

İlköncə yaxınlaşdığımız yer dəniz vağzalının dənizə baxan hissəsində fəaliyyətgöstərən restoran-kafe oldu. Sərin və sakit yerdir. Burada əyləşib dərdini-səriniqarşında otuzdurub o üzünə, bu üzünə çevirməyə sənə heç kim mane olmaz. Aradaüzünü sığallayan sərin dəniz küləyi isə ancaq sənin beynini sakitləşdirə bilər.Əgər ki, o sərin mehlə gələn əcaib qoxu olmasa.

Dənizvağzalındakı restoran-kafedə sadə çay içmək fikrim boğazımda qaldı. Bildirdilərki, çayı mürəbbə ilə veririk özü də ki, 8 manata. Bu qiymətə çay mənim boğazmıdaha da qurudar. Qurumuş boğazımdan 8manatlıq çayı keçirməyin mümkünsüzlüyunü anlayıb ətrafdakı kafelərə üz tutdum.Demək olar ki, kafelərdə çaya qoyulan qiymət eyni idi. "Piletka"şokoladla isə 6-7 manat.

Dənizkənarında qəlyan çəkib tüstüsünü sahildə dayanmış gəmilərin tüstüsünəqovuşdurmaq istəsəniz biləsiniz ki, qəlyanların qiyməti 15 manatdan başlayır. Hər meyvə qatqısına görə qiymətlər dəyişir.40 manatacan gedib çıxmaq olur.

Çox şükür ki, veteran adı daşıyan kafedə sadəçay verdiklərini bildirdilər. 2 manat pis deyil. Sadəcə ofisiantın sadə çay istəyiməcavab olaraq məni başdan ayağa süzməyindən belə anladım ki, ehtiyatlanıbrazılaşıblar.

Sonu görünməyəndənizə baxaraq çay içə-içə xəyallar gəmisində üzməmək mümkün deyil. Mənim gəmimiyellənən gəmidəki insan qışqırtısı batırırdı. Elə bil yelləncəkdəkilər yellənməküçün verdikləri 2 manatın acığına var gücləri ilə qışqırırdılar. Bu qışqırtı həttadənizdən gələn üfunət iyini də qovurdu. Gözünü yumsan qorxulu bir mənzərəcanlandırarsan göz qapaqlarının altındakı qaranlıq dünyada. Qorxudan sözdüşmüşkən bulvarda bir qorxulu evdə var. Girişi 5 manatdır. 7 yaşından böyükuşaqları da burda qorxudurlar. Halbuki elə bu qiymətlərlə bulvarın özü birqorxulu evə oxşayır.

Bulvarda deməkolar ki, bütün uşaq attraksionlarında qiymət eynidir - 2 manat. Minimum əməkhaqqı130 manat olan məmləkətdə bu qiymətin nə qədər münasib olub-olmadığını yəqinki, sizlərin cibi bilir. Hər halda dənizkənarı milli parkda attraksionlardan,qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadəsi kompaniyasızamanı yaranan tıxaclar da bunu deməyə əsas verir ki, qiymətlər cibimizə uyğundeyil.

Milli Parkdaölümsüzləşmək istəsəniz 3 manat pul xərcləməlisiniz. Şəkil çəkənin sözlərinəgörə, şəkiliniz 5 dəqiqəyə hazır olacaq. Özü də ki, rəngli. Day bundan artıq nəistəyirsiniz?

Gəmi ilə gəzməkdə pis fikir deyil. Dənizin içərilərinə getdikcə həm iydən azad olursan, həm dəki, dənizin hansı rəngdə olduğunu seyr edirsən. Gəmi elə də baha deyil - 3manat. Əgər gəminin vip hissəsindəoturmaq istəsən - 10 manat.

Özümdə güc-qüvvətoplayıb kabablarımızın qiymətini öyrənməyə yollandım. Bulvarda lülənin, tikəninşişi 7-6 manat civarında dəyişir. Toyuq kababı isə 5-6 manat. Bu nə toyuğudur vəhardan gətirilir ki, qiyməti bu qədər bahadır? Bazarda 5 manata aldığın toyuğuşişləsən rahat 5 şiş almaq olar. Bir belə bahaçılığa nə gərək var? Məncə,işbazlar hər şeyə birdən və çox az vaxtda sahib olmaq istəyirlər. Məhz bu səbəbdəndə kimə necə sərf edirsə qiyməti də elə müəyyənləşdirir.

Bulvardareyssiz qatarlar da var. Oyana, bu yana şütüyürlər öz məxsusi sürətləri ilə, Böyüklər üçün 2 manatdı, 7yaşından balacalar üçün 1 manat.

Qatarla gəzə-gəzəgəlib çıxdım "Sahil" kafesinə. Yəqin ki, çoxlarınız qabaqlar buradaoturub gələni-gedəni seyr edə-edə çox çay içmisiniz. İndi oturub çay içmək üçüngərək ki, cibində 20 manatın ola. Çox yüksək səviyyədə yenidən tikilib"Sahil". Qeyd edim ki, qiymətlərdə elə o səviyyəyə uyğunbalanslaşdırılıb. Bu qiymətlər haqqında məlumat toplasam da bunu gizlinsaxlayacam. İstəmirəm ki, içinizdəki o "Sahil"-i incidəm, qovam.

"Mirvari"bulvarın ən qocaman-veteran kafelərindəndir. "Mirvari"nin qayasıaltında çay dəstgahla verilir - 26 manata. Həyətində isə qiymət ümumi bulvarın əhval-ruhiyyəsinəuyğundur.

İnsaflıfaktlarla da üzləşdim Milli Parkımızda. O bahalıqda yemək-içmək müqabilində təklifedilən ayaqyolunun qiyməti 30 qəpik idi. Sevindirici hal idi.

Boşoturacaq tapmadığım bulvarda ağzı dənizə boş, müştərisiz qalan kafelərin işçiləri deyirlər ki, qiymətlərin kəllə-çarxaçıxması icarə haqqının bahalığıyla bağlıdır. Obyektlərin kimlərə məxsusluğu isə gizlinsaxlanılırdı. Yəqin ki, bu obyektlər sıradan kiminsə olmaz.

Onların kimlərolacağını düşündüyüm bir anda o tərəfə bu tərəfə fırlanıb qazonları sulayankrant sifətimə su səpdi. Sanki məni başımı çomağa sürtməmək üçün ayıltdı. Busu üzərimdən bir yük götürdü. Qiymətağırlığından xilas olmaq üçün bulvarı tərk eləməyə başladım. Sanki bulvar dabunu hiss eləmişdi. Bu dəm qarşıma pulsuz "vayfay" xidməti yazılanlövhəni çıxartdı. Şifrəsiz"vayfay" özü mənə kod göndərdi. Bu kodla pulsuz internet əldə edibbir xeyli şəbəkələrdə gəzişdim...

İkisuala cavab almalı idim: 1. QiymətlərəDənizkənarı Bulvar idarəsi nəzarət edirmi? 2. İdarənin əməkdaşları bulvarda çayiçirlərmi?

Əlaqə saxladım.Tapa bilmədim. Cavab belə oldu ki, ərazidədirlər.

Ərazidə olmaqyaxşı haldır. Nöqsanları, problemləri görmək olur. Nə bilmək olar, bəlkə elə budəfə qiymətləri "saf-çürük" etmək üçün ərazidəymişlər?!


Nicat Novruzoğlu