Milli Məclisin yaz sessiyasının işlər planı təsdiqlənib
Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında 2019-cu il yaz sessiyasının qanunvericilik işlər planı təsdiqlənib.
Adalet.az xəbər verir ki, sessiyada bir neçə yeni qanun layihəsinə baxılması nəzərdə tutulur.
Bunlar "Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadəsi qaydaları haqqında”, "Azərbaycan Respublikasının Dövlət Himninin istifadəsi qaydaları haqqında”, "Peşə birlikləri haqqında”, "Sosial sifarişlər haqqında”, "Daxili qoşunlar haqqında”, "Hərbi qulluqçuların statusu haqqında”, "Texniki təmizləmə haqqında”, "Standartlaşdırma haqqında”, "Kabel şəbəkəsi yayımı haqqında”, "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, "Turizm haqqında”, "Ümumtəhsil haqqında”, "Kinematoqrafiya haqqında”, "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, "Yazılı abidələr haqqında”, "Reproduktiv sağlamlıq haqqında”, "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” və s. qanun layihələridir.
Bundan başqa, sessiya dövründə Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələrinə də baxılması planlaşdırılır.
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19