adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Aprel 2020 12:07
14150
SİYASƏT

Milli Məclisin plenar iclaslarının karantin dövründə 2 saat keçirilməsi təklif edilib

Milli Məclisin plenar iclaslarının karantin dövründə 2 saat keçirilməsi təklif edilib.

Adalet.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

Komitə sədri bildirib ki, karantin dövründə parlamentin iclaslarında çıxışlar 5 dəqiqə müddətində olmaqla, iclaslar 2 saat müddətində keçirilsin:

"Əgər iclasda məsələlərin müzakirəsi 2 saatdan çox olarsa, fasilə edilsin və iclas zalı ventilyasiya olunsun”.

Daha sonra təklif səsverməyə çıxarılaraq qəbul edilib.