Milli Məclisin ilk iclasının vaxtı açıqlandı
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.
Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. O, bildirib ki, iclasın gündəliyinə 27 məsələ daxildir.
"Bunlar Milli Məclisin İntizam Komissiyasının, Hesablayıcı Komissiyasının yenidən təşkil edilməsi, Milli Məclisin 2017-ci il üçün yaz sessiyasının qanunverici İşlər Planının təsdiq edilməsi, bir sıra sazişlərin təsdiq edilməsi, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, "İnformasiya əldə etmək haqqında", "Müflisləşmə və iflas haqqında", "Mühasibat uçotu haqqında", "Qrant haqqında", "Sosial sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Aviasiya haqqında", "Gömrük tarifi haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Reklam haqqında” qanunlarına dəyişiklik layihələridir”.
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, yaz sessiyası fevralın 1-dən mayın 31-dək davam edir.
Digər Xəbərlər
03 May 2024 16:47
XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib
03 May 2024 11:19