adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 May 2020 16:17
20972
SİYASƏT

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti iclası keçirildi

Mayın 12-də Milli Məclisin İctimai birliklərvə dini qurumlar komitəsinin növbətiiclası keçirildi.

İclası açanMilli Məclis Sədrinin müavini,komitə sədri Fəzail İbrahimli müzakirəyə təqdim edilən məsələ barədə məlumatverdi. Vurğulandı ki, "Hərbi qulluqçuların statusu haqqında”, "Dini etiqadazadlığı haqqında”, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə ediləngüzəştlər haqqında”, "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsindəzərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Daxiliqoşunların statusu haqqında”, "Veteranlar haqqında”, "Yaşayış yeri və olduğuyer üzrə qeydiyyat haqqında”, "Azərbaycan Respublikası Milli Məclisideputatının statusu haqqında”, "Torpaq islahatı haqqında”, "Sosial sığortahaqqında”, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, "Məhkəmələrvə hakimlər haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında” və "Xidmətivə mülki silah haqqında” qanunlara -bütövlükdə 14 sənədə təklifedilən dəyişiklik 2018-ci il 31may tarixli "Əlilliyi olan şəxslərinhüquqları haqqında” qanunun icrası ilə əlaqədardır. Təklifolunan dəyişikliklər ölkəmizinqoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olmaqla, bu sahədə mütərəqqidünya təcrübəsinə əsaslanır. Yuxarıdaadı çəkilən qanuna uyğun olaraq sözügedən sənədlərdə mövcud olan bir sıraterminlər dəqiqləşdirilmişdir.

İclasdaçıxış edən komitə üzvləri Sahıb Alıyev, Cavanşir Paşazadə, Anar İsgəndərov, SevincFətəliyeva, Malik Həsənov, AzərBadamov, Ceyhun Məmmədov,İqtisadi və sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev təklif ediləndəyişikliklərin ölkəmizdə əlillik əlamətinə görə ayrı-seçkiliyin bütünformalarının aradan qaldırılmasına, onların şərəf və ləyaqətinin müdafiəsinəyönəldiyini diqqətə çatdırdılar.

İclasın sonunda qanun layihəsiMilli Məclisin plenar iclasına tövsiyəedildi.

Nicat Novruzoğlu