adalet.az header logo
  • Bakı -°C
09 Dekabr 2025 12:02
96
SİYASƏT
A- A+

Milli Məclisə 2026-cı il üçün bu qədər vəsait ayrılır

Milli Məclisin 2026-cı il üçün xərclər smetası 52,74 milyon manat təşkil edəcək.

Adalet.az xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında müzakirə edilən Milli Məclisinin 2026-cı il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsində əksini tapıb. 

Bu məbləğ 2025-ci illə müqayisədə 222 min 863 manat və ya 0,4 % çoxdur.

Xərclər smetasının strukturunda 39,513 milyon manat əməyin ödənişi, 300 min manat sosial təminat üçün nəzərdə tutulub.

Milli Məclisin xərclərinə qaz istifadəsinə görə 210 min manat, suya görə 35 min manat, elektrik enerjisinə görə 465 min manat daxil edilib.

Parlamentin internet xərcləri 116 min manat səviyyəsində nəzərdə tutulur.

Milli Məclisin deputatları və aparat əməkdaşlarının ölkə daxili ezamiyyətləri üçün 110 min manat, xarici ölkələrə ezamiyyətlə bağlı 2 milyon manat planlaşdırılır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.