adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Sentyabr 2014 14:01
5886
SAĞLAMLIQ

Milli Məclisdə cinsi xəstəliklər müzakirəyə qoyuldu

Bundansonra həyat yoldaşından cinsi xəstəliyini gizlədildikdə qarşı tərəf nikahınpozulması ilə bağlı məhkəməyə müraciət edəcək. Adalet.az xəbər verir ki, bubarədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Әli Hüseynli Sosial siyasət komitəsi ilə birgə keçirilən iclasdabildirib. O diqqətə çatdırıb ki, bu xəstəliklərə dəri-zöhrəvi və immunçatışmazlığı virusu (QİÇS) xəstəlikləri aiddir. Ə.Hüseynli qeyd edib ki, bu,Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim edilmiş Ailə Məcəlləsinədəyişikliklər edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sosialsiyasət komitəsinin üzvü Әhliman Әmiraslanov təklif edib ki, qanun layihəsində nikaha daxil olmaq istəyənşəxslərin müayinə olunacaqları xəstəliklərin adları "dəri-zöhrəvixəstəliyi" kimi göstərilməsin. Həminhissənin "cinsi yolla keçən xəstəliklər" kimi verilməsi daha düzgünolar.

SosialsiyasətkomitəsininsədriHadı Rəcəbliisə deyibki, layihəyə görə, nikahagirən şəxslərtibbimüayinədənkeçirlər. Layihəyə əsasən, nikaha girənşəxslər dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz olaraq müayinədənkeçəcəklər və bir-birinin səhhəti haqqında məlumat alacaqlar.

Nikaha daxil olmaq istəyən şəxslər tibbimüayinədən keçdikdən sonra arayış alırlar.

Müvafiq icra hakimiyyəti orqanlarınınməsuliyyətli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbimüayinəsinin nəticələrini tələb edə bilməz. Müayinənin nəticələri həkimsirridir.

Sosial siyasət komitəsinin üzvü MusaQuliyev təklif edib ki, nikaha daxil olmaq istəyənlər qeyd edilən xəstəliklərləyanaşı, Hepatit C virusu üzrə də müayinə edilsinlər. Bununla yanaşı, tərəflərbir-birilərinin səhhətləri barədə məlumat almaq hüququna malik olmalıdırlar.Həkimlər onları bir-birilərinin səhhətlərinin vəziyyətindənməlumatlandırmalıdırlar.