Milli Məclis Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə ayırır
Koronovirus (COVİD-19) infeksiyası dünya ölkələrini narahat etməkdə və təəssüf ki, sürətlə yayılmaqdadır. Qlobal pandemiya elan olunan koronovirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə dövlətimiz operativ və vaxtında qabaqlayıcı tədbirlər görüb və bu işlər davam etməkdədir. Ümumdünya səhiyyə
Təşkilatının tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunur və bu təşkilat Azərbaycan dövlətinin bu sahədə atdığı addımları yüksək qiymətləndirir. Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Milli Məclisi də ölkə ərazisində koronovirus infeksiyası ilə bağlı vəziyyəti diqqət mərkəzində saxlayır. Dünya, o cümlədən Azərbaycan ictimaiyyətini narahat edən bu xəstəliyin tezliklə aradan qalxması işinə yardım məqsədi ilə Parlament Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanına əsasən yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti ilə yardım etmək prosesində fəal iştirak edir. Belə ki, Milli Məclisin rəhbərliyi, komitələr, Parlament Aparatının və İşlər idarəsinin kollektivləri özlərinin bir aylıq əmək haqqının müəyyən hissəsinin bu xeyirxah və olduqca vacib işə ayrılması barədə qərar qəbul ediblər.
Digər Xəbərlər
01 May 2024 22:45
İlham Əliyevin forumdakı çıxışı Gürcüstan mətbuatında
01 May 2024 17:37Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə nitq söyləyib - YENİLƏNİB
01 May 2024 16:15Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 16:10Tokayev Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən danışdı
01 May 2024 16:09