Milli Məclis dünya parlamentlərinə müraciət edəcək
Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.
Adalet.az xəbər verir ki, iclasın gündəliyinə 1 məsələ - Xocalı Soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi daxildir.
Bundan əlavə Milli Məclis bu gün Xocalı soyqırımı ilə bağlı dünya ölkələrinin parlamentlərinə müraciət ünvanlayacaq.
Xatırladaq ki, Ermənilərin törətdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 nəfər girov götürülərək amansız işgənclərə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.
Digər Xəbərlər
28 Aprel 2024 23:05
ABŞ Dövlət katibi: Azərbaycanla ikitərəfli əlaqələri gücləndirmək niyyətindəyik
28 Aprel 2024 23:03Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır
28 Aprel 2024 23:02Blinken: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək göstərməyə hazırıq
28 Aprel 2024 23:00İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır
28 Aprel 2024 22:57