adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Sentyabr 2014 15:36
6410
MƏDƏNİYYƏT

Milli Dram Teatrı 142-ci mövsümünə start verir

Sentyabrın 18-də saat 17.30-da Akademik Milli Dram Teatrında 142-ci teatr mövsümünün açılışı ilə bağlı mətbuat konfransı keçiriləcək.

Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərovun  verdiyi xəbərə görə, mətbuat konfransında teatrın qarşıdakı mövsüm ərzindəki fəaliyyəti, planlaşdırılan yeni tamaşalar, beynəlxalq festivallar, qastrol səfərləri, yubiley tədbirləri haqqında geniş məlumat veriləcək, jurnalistlərin sualları cavablandırılacaq.

Mətbuat konfransından sonra - saat 19.00-da Akademik Milli Dram Teatrı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanan "Qarabağnamə" tamaşası ilə 142-ci mövsümünü açacaq.