adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Oktyabr 2019 09:55
23952
SİYASƏT

Milli birlik varsa qələbə də olacaq

PYD-YPGterrorçularına qarşı Azad Suriya Ordusu ilə Türk ordusunun birgə həyata keçirdiyi və 6 gündürdavam edən "Sülh Çeşməsi” əməliyyatı zamanı bölgənin iki şəhəri və yetmişəyaxın kəndi terrorçulardan təmizlənib. Xatırladaq ki, bu hərbi əməliyyatlar təkcəTürkiyənin yox, elə Avropanın təhlükəsizliyi baxımından da olduqca böyük əhəmiyyətkəsb eləyir.

AvropaBirliyində ciddi dartışmalara və bəzi hallarda böhrana səbəb olan qaçqınproblemınin çözülməsi yolunda Türkiyə çox mühüm rol oynayır. Bu problem bir çoxBirlik ölkələrindəki siyasi qüvvələrnisbətini də xeyli dəyişib və dəyişməkdədir. Sağ, ifrat sağ, millətçi və bu qəbildənolan çoxsaylı siyasi təşkilatların, yaxın tarixdə dünyanı, birici növbədə eləAvropanın özünü artıq bir dəfə cəhənnəmə çevirmiş faşistlərə rəğbətini gizlətməyənqüvvələrin getdikcə fəallaşması, seçkidən-seçkiyə öz mövqelərini möhkəmlədirməsi də bölgəni bürüyən qaçqın axınıyla bağlıdır.

HazırdaAvropaya doluşmaq üçün fürsət gözləyən daha 3-4 milyon qaçqının qarşısını kəsənyeganə dövlət Türkiyədir. Yəni, məntiqlə Türkiyənin təhlükəsizliyi elə birincinövbədə Avropanın təhlükəsizliyidir.Odur ki, "Sülh Çeşməsi” əməliyyatını topa tutan Qərb dövlət başçılarınınvə siyasətçilərinin aqressivliyini, yumşaq desək, başa düşmək çətindir.

Hərçənd,onların arasında da vəziyyəti düggün qiymətləndirənlər var. Məsəslən, AB-nin üzvüolan Bolqarıstanın baş naziri Boyko Borisov deyib: "Brüssel bu aqressivmövqeyindən əl çəksin. Brüssel uzaqda, Türkiyə sərhəddisə bizim böyrümüzdə.Türkiyədə dörd milyon qaçqın hazır durub. Bizim türklərlə yaxşı qonşuluq əlaqələrinitənzimləyən müqviləmiz var və bu müqaviləyə ciddi əməl olunur. Hazırda sərhəddəqaçqın axını sıfırdır. Yeni köç dalğasıyla üzləşmək, yeni qaçqln düşərgələrisalmaq niyyətimiz yoxdur.” Baş nazir sözünə davam edərək deyib ki, çərşənbəgünü gerçəkləşdirəcəyi Brüssel səfəri zamanı AB liderləriylə bu məsələ barədə danışacağını,Türkiyəyə yönəlik iradlarının yalnız diplomatik yollarla çözülməsininvacibliyini onların nəzərinə çatdıracağını bildirib. Bəs onlar, necə, Borisovundediklərini nəzərə alacaqlarmı? Çətin sualdır.

Başnazir vəziyyəti düzgün qiymətləndirsə də, qaçqınların Brüsselin sərhədlərindənuzaqda olması məsələsində yanlışlığa yol verib. Çünki zəmanə qaçqınları da artıqsürət əsrinin tələblərinə uyğun hərəkət etməyə alışıblar.

Avropaöz yerində, hardasa onları başa düşmək olar. Görünür, aradan bir əsrlik vaxtkeçsə də Osmanlı xofu hələ də canlarından çıxmayıb. Bəs, Qətər istisna olmaqladigər ərəb ölkələri niyə təlaşa düşüb, anlamaq olmur. Özü də həmin ölkələrin mütləqəksəriyyəti heç vaxt Bəşər Əsəd rejimiylə yola getməyib. Üstəlik, aralarında elələridə var ki,PKK-PYD-YPG terror təşkilatından elə Türkiyənin özü qədər ziyan çəkib.

Hələ Fələstinəbir bax. Bu da on illərdir ki, elə onun ucbatından dünyayla düşmən olanƏrdoğanın mükafatı.

Ümumiyyətlə,Azərbaycan, Pakistan və Qətərdən başqa heş bir müsəlman ölkəsi Türkiyəninyanında olduğunu bəyan etməyib, hamısı özlərini Əsəd və PKK yanlısı kimi aparır. Əslinə qalsa, onlarnə Suriyanın, nə də PKK-PYD-YPG-nin yanındadırlar. Hamısı Qərbin çaldığızurnaya oynayırlar. Bunu, sözgəlişi, müsəlman birliyi ideyasının tərəfdarlarınınmenyusu üçün yazdıq.

Qaldıtürk dövlətləri. Burda da durum acınacaqlıdır. Azərbaycandan başqa hamısı səsləriniiçinə salıb dayanıb. Heç onlar da Suriyan və PKK aşiqləri deyillər. Onların qibləsihələ də özlərindən şimalda yerləşir. Ancaq şimal ayısının adətinə xilaf çıxaraqözünü bu qədər təmkinli aparmasına, hətta ABŞ-la çiyin-çiyinə verib BMT-dəTürkiyə əleyhinə yönəlmiş qərar layihəsinə veto qoymasına baxmayaraq, nə yazıqki, bu türk qardaşlar yenə də cınqırlarını çıxamağa özlərində güc tapmırlar. Bunu isə göndərək BöyükTuran aşiqlərinin menyusuna.

QuzeyKıbrız Türk Cümhuriyyətində isə günah yoxdur. "Günah” bu əl boyda yerdə"cümhuriyyət” deyə gurultulu bir şey qayıranların özlərindədir.

Ən böyüktəsəlli elə Türkiyənin özüdür. İndi müxalifətli iqtidarlı ölkə yumruq kimi birləşib.Türk əsgərinin dayağı da, gücü də elə bu birlikdədir. Müxalifət partiyaları da,müxalif media da bu məsələdə hökumətin yanındadırlar. Bu günlərdə Ərdoğanın ənsərt tənqidçiləri olan bir neçə jurnalist prezidentə müraciətlə "arxandayız”deyə yazdılar. Ən maraqlısı bu deyildi. Ən maraqlısı o idi ki, hazırda ölkədəkibütün növ medianın mütləq əksəriyyətini öz nəzarətinə almış prezident bu dəstəyəbarmaqarası baxmadı, daim düşmən mövqeyində olduğu, hətta bəzilərini fasiləsizməhkəmə dartışmalarıyla təngə gətirdiyi həmin jurnalistlərə dəstək üçün təşəkkürünübildirdi.

Dövlətiçətin sınaqlardan üzü ağ çıxardan ən əsas amil milli birlikdir. Milli birlikvarsa, Türkiyə bütün sınaqlardan, o cümlədən indi üz-üzə qaldığı terrorsınağından da qalib çıxacaq.

Demokratayının ən böyük qarantı bir-birininqanına yeriyən tərəflərin lazımi anda bir-birlərinə qucaq açmağı bacarmasıdır.Siyasətçilər və yazarlar bu çətin günlərdə bir-birlərinə qucaq açmağıbacardılarsa, deməli, son vaxtlar tez-tez səslənən bəzi bədbin proqnozlara rəğmənTürkiyədə demokrasi bitməyəcək.


Sübhan Mahmudov