Millət vəkilindən SSRİ-nin keçmiş baş nazirinə ETİRAZ
Adalet.az xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı, Avronest Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov SSRİ-nin keçmiş baş naziri, Rusiya Dövlət Dumasının erməni-Rusiya parlamentlərarası komissiyanın həmsədri Nikolay Rıjkovun İrəvanda Dağlıq Qarabağın Avrasiya Birliyinə daxil olmasının mümkünlüyü ilə bağlı səsləndirdiyi fikri şərh edərkən deyib. "
Nikolay Rıjkov hələ elə fikirləşir ki, SSRİ-də yaşayır. Mən onun dediyi sözləri, fikirləri Sovet İttifaqının məhsulu kimi qəbul edirəm. Ona görə bu insanın bu fikirlərini ciddiyə almaq lazım deyil”-deyə deputat vurğulayıb.
F. Muradovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda həmsədr olan ölkənin rəsmi nümayəndəsinin belə bir mövqeyi təəssüf doğurur. "Rıjkov anlamalıdır ki, Dağlıq Qarabağ tarixən Azərbaycan ərazisi olub və belə də olacaq. Dağlıq Qarabağın heç vaxt hər hansı ittifaqa müstəqil olaraq qoşulması mümkün olmayacaq. Azərbaycan isə işğalçı dövlətlə bir ittifaqda ola bilməz”.
Qeyd edək ki, Ermənistanda olan N.Rıjkov İrəvanda keçirdiyi brifinqdə "biz Dağlıq Qarabağı Avrasiya Birliyi tərkibində görməyə şad olardıq” fikrini səslənidirib.