Millət vəkilindən dövlət qəzetlərinə irad
Mən istərdim ki, nəinki, "Azərbaycan” qəzeti, başqa iqtidaryönlü qəzetlər də bir-birinə oxşamasınlar, səhifələrində, maraqlı, açıq fikirli məqalələr dərc etsinlər”.
Bunu Modern.az-a açıqlamasında deputat Elmira Axundova deyib. Onun sözlərinə görə, dövlət qəzetləri bir-birini təkrarlayır:
""Azərbaycan” qəzeti daha rəsmi orqandır və samballı qəzetdir. Amma mən həmişə demişəm ki, "Respublika”, "Azərbaycan” və "Xalq qəzeti” bir-birini təkrarlayır, 4-5 səhifə eyni materialları çap edirlər. Mən istərdim ki, bu qəzetlərdə rəngarənglik, müxtəliflik olsun. Senzura da yoxdur, daha sərbəst formatda yazılmış, daha açıq gözlə baxılan, problemli məqalələr çox olsun. Naliyyətlərimiz böyükdür, iqtisadiyyatda öndəyik. Amma mənəviyyatda ciddi problemlər var. Təhsildə reformalar gedir, amma nöqsanlar var. Xüsusilə məişət zorakılığı məsələsi və qadına qarşı zorakılıq faktları artır. Kütləvi qırğınlar var. Mənəvi-psixoloji problemlər, cavan ailələrin, sosial, rayonlarda işsizlik probleminin kökləri araşdırılsın”.
Digər Xəbərlər
03 May 2024 13:36
Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib
03 May 2024 11:19İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
03 May 2024 10:04