adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Sentyabr 2014 10:04
4661
MƏMLƏKƏT

Millət vəkili seçiciləri ilə görüşüb

Millət vəkili İqbal Məmmədov seçiciləri ilə görüşüb. Millət vəkili bununla bağlı facebook sosial şəbəkəsində məlumat paylaşıb: "Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən müəllim və eləcə də rayonumuzun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Nücü, Lərmərud, Haftonu, Davidonu və Vamazqon kənd sakinləri ilə səyyar qəbul keçirdik. Kənd ağsaqqalları ölkədə gedən sosial-iqtisadi inkişafdan və bu istiqamətdə Lerik rayonunda aparılan quruculuq işlərindən razılıqlarını bildirərək, rayonumuza göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçımız İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər. Mövcud problemlərlə bağlı səslənən təkliflər dinlənillərək yerindəcə aidiyyəti orqanlara tapşırıqlar verildi".