Millət vəkili ölüm hökmünün bərpasını istəyir

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov ölüm hökmünün bərpasını istəyir.Millət vəkili publika.az-a verdiyi müsahibəsində deyib ki, anti-Azərbaycan təbliğatıaparan insanlara qarşı daha sərt addımlar atılmalıdır. Onun sözlərinə görə, vətən xaini olan adamlar əslabağışlanmamalıdır: "İstər ABŞ, istər Avropa, istərsə də Rusiyada vətən xainlərinəqarşı ən ağır cəzalar tətbiq olunur. Hətta bu dövlətlərdə vətən xainlərielektrik stolunda oturdularaq ağır işgəncələrə məruz qalır. Mən deyərdim ki,bunu düzgün də edirlər.AncaqAzərbaycanda isə bunların heç biri yoxdur. Leyla Yunus vaxtilə qərargahdaoturaraq ermənilərə hərbi məlumatlar ötürüb. Leyla Yunus o vaxtdan bəri Azərbaycanhaqqında məlumatları xaricə ötürməklə anti-Azərbaycan təbliğatı aparıb. Azərbaycandabir nəfər belə siyasi məhbus olmadığı halda, onlar özləri kimi vətən xainlərini"siyasi məhbus” hesab ediblər, hətta Azərbaycanın uğurlarına kor baxaraqxaricilərlə birləşiblər”.
Digər Xəbərlər

Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir

Müdafiə naziri Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşdü - FOTO

İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində - FOTOLAR + YENİLƏNİB
