adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Aprel 2021 18:40
25076
MƏMLƏKƏT

Millət vəkili Könül Nurullayeva növbəti dəfə vətəndaşları qəbul edib - FOTOLAR

Milli Məclisin deputatı K. Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinlərindən, həmçinin Azərbaycanın müxtəlif bölgələrində yaşayan vətəndaşlardan Deputat Qərargahına daxil olan müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkilinin Deputat Qərargahından verilən məlumata əsasən, həftə ərzində, ümumilikdə, 39 nəfərin birbaşa, telefon və sosial şəbəkələr üzərindən müraciətləri qeydə alınmış, onlardan 14-ü canlı, 2-i isə onlayn qəbul zamanı dinlənilmişdir.

Qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında pandemiya dönəmində məşğulluq, maddi yardımın edilməsi, sosial təminat verilməsi, torpaq, ev və əmlak alqı-satqısı məsələləri və səhhətlə əlaqəli yaşanan çətinliklərlə bağlı müraciətlər yer almışdır.

“Qəbulumuzda iştirak edən bir neçə şəhid ailəsi üzvlərinin və qazilərin müraciətləri ən qısa zamanda müvafiq qurumlara yönləndiriləcəkdir” bildirən millət vəkili K. Nurullayeva bütün qəbul iştirakçılarını narahat edən məsələləri qeydiyyata alıb. Vətəndaş müraciətlərini tezliklə aidiyyatı üzrə müvafiq qurumlara ünvanlandırılacaqdır.