Millət vəkili “Azərbaycan- Ukrayna” beynəlxalq alyansının sədri ilə görüşüb
"Azərbaycan- Ukrayna” beynəlxalq alyansının sədri Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri ilə görüşüb.
"Azərbaycan-Ukrayna” beynəlxalq alyansının sədri Elmar Məmmədov Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Azərbaycan-Ukrayna” parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri iqtisad elmləri doktoru, professor Rüfət Quliyevlə Milli Məclisdə görüşüb. Görüş zamanı E.Məmmədov alyansın fəaliyyət istiqamətləri, Ukraynanın kurort şəhəri olan Şatskidə alyansın regional filialının açılması, həmçinin alyans tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günü münasibətilə və Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şərəfinə poçt markalarının buraxılması barədə ətraflı məlumat verilibdir. Deputat Rüfət Quliyev görüşdən məmnunluğunu bildirərək, qeyd edib ki, Ukrayna Azərbaycanın strateji partnyorudur və bu 2 ölkə arasında əlaqələr hər sahədə inkişaf edir. Bu dinamik inkişafı daha da genişləndirmək və tarixi dostluğumuzu möhkəmləndirmək üçün bütün vasitələrdən istifadə etmək lazımdır. R. Quliyev vurğulayıb ki, bu il Ukraynada parlament seçkiləri keçiriləcək. Hamılıqla çalışıb ona nail olmalıyıq ki, bu seçkilərdə ən azı bir nəfər Ukrayna vətəndaşı olan azərbaycanlı Ali Radanın deputatı seçilsin. Bunun üçün hamımız bütün imkan və vasitələrimizi səfərbər etməliyik. Bu, bizim üçün çox vacibdir və bu işdə alyansın təsirinə böyük ümid bəsləyirik.
Görüşün sonunda xatirə şəkilləri çəkilib.
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19