adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Noyabr 2014 22:46
3193
MƏMLƏKƏT

Mikayıl Cabbarovun qəbulu təxirə salındı

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, təhsil naziri Mikayıl Cabbarovun Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayonlarında və Şirvan şəhərində yaşayan vətəndaşların bu il noyabrın 21-də Saatlı şəhərində keçirilməsi nəzərdə tutulan qəbulunun vaxtında dəyişiklik edilib.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nazirin Saatlı şəhərindəki olacaq qəbulun vaxtı dekabr ayına keçirilib.