Məzahir Pənahov mətbuat işçilərini fəallığa səslədi
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sabah keçiriləcək bələdiyyə seçkilərində mətbuat işçilərini fəal olmağa çağırıb. Seçkilərlə bağlı bu gün keçirdiyi mətbuat konfransında M.Pənahov qeyd edib ki, əgər seçkilər zamanı hansısa xoşagəlməz hallar baş verərsə, mətbuat nümayəndələri buna biganə qalmamalıdır. MSK sədri hətta bildirib ki, əgər mətbuat nümayəndələri buna seyrçi kimi qalırsa, deməli, onların da burada hansısa marağı var: "Hansısa xoşagəlməz hallar baş verərsə, dərhal bizə məlumat verin ki, o hallar qəsdən baş veribsə, həmin insanlar komissiyalardan uzaqlaşdırılsın, yox əgər bilməyərəkdən baş veribsə, maarifləndirmə işləri aparılsın. Biz burada şəxsi maraqlardan uzaq olmalıyıq. KİV nümayəndələri bu məsələlərə bu cür yanaşanda, bunun pis nəticələri olur. Bütün KİV nümayəndələrinə müraciət edirəm ki, sabah bizimlə əməkdaşlıq etsinlər".
M.Pənahov qeyd edib ki, seçkiləri müşahidə etmək üçün 50 551 nəfərə qədər müşahidəçi qeydə alınıb.
Digər Xəbərlər
05 May 2024 17:01
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
05 May 2024 12:46Mehriban Əliyeva xristian icmasını TƏBRİK ETDİ
04 May 2024 14:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36