Meyiti yandırılan 10 yaşlı Nərmin dəfn edildi - YENİLƏNİB
Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva dəfn olunub.
Report-un məlumatına görə, dəfn mərasimində mərhumun yaxınları, millət vəkili Qənirə Paşayeva və rayon rəhbərliyi iştirak ediblər.
Nərmin Quliyeva Tovuz rayonunun Dondar Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.
11:35
Tovuz rayonunun Dondar Quşçu kəndində noyabr ayında itkin düşən və sonradan yandırılmış halda cəsədi tapılan 10 yaşlı Nərmin Quliyeva bu gün dəfn edilir.
BAKU.WS-in məlumatına görə, Nərmin Quliyeva Dondar Quşçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Dəfn mərasiminə uşağın ailə üzvləri, kənd sakinləri qatılıb.
Bildirək ki, N.Quliyevanın ölümü ilə bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48