Metro rəsmisi: Qatarların gecikməsinə əsas səbəb sərnişinlərin qapıları saxlamasıdır
Metroda qatarların gecikməsinə əsas səbəb sərnişinlərin qapıları saxlamasıdır.
Trend-in məlumatına görə, bu barədə "Bakı Metropoliteni"ni Depolar üzrə İş Departamentinin rəisi Faiq Əhmədov deyib.
O bildirib ki, qapılar tutulan zaman qapı silindrləri xarab olur:
"Qatarların depoya təmirə yollanmasının əsas səbəblərindən biri də sərnişinlərin stansiyalarda qatarların qapılarını tutub saxlaması olur. Qapı silindrləri 2,8-3,2 atmosferə hesablanıb. Onu saxlayanda bir sıra mexanizmlər sıradan çıxır. Yeni qatarlarda isə sərnişinlər qapı arasında dayanıbsa, ötürücü bunu görür və avtomatik olaraq yenidən açılıb bağlanır".
Digər Xəbərlər
28 Aprel 2024 10:01