Mətbuat Şurası referendumda monitorinq aparacaq
Azərbaycan Mətbuat Şurası 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq.
Bu barədəAdalet.az-a Şuradan məlumat verilib.
Bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarına baş çəkəcəklər. Onlar həmçinin jurnalistlər üçün yaradılmış şəraitlə tanış olacaq, ümumən səsvermənin gedişini də müşahidə edəcəklər.
Bundan başqa referendum günü Mətbuat Şurasında "qaynar xətt" yaradılacaq. 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 8.00-dan 19.00-dək bu rejimdə fəaliyyət göstərəcək. Referendumu işıqlandıracaq jurnalistlər işləri ilə bağlı hər hansı xoşagəlməz durumla üzləşdikləri halda qeyd edilən telefon nömrələrinə zəng edib fikirlərini bildirə bilərlər.
Mətbuat Şurası referendum günü jurnalistlərin prosesi sərbəst şəkildə işıqlandırmaları üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları ilə sıx əlaqədə olacaq. Medianın peşə vəzifəsinin icrası ilə bağlı hər hansı çətinliyi yaranacağı təqdirdə onun dərhal aradan qaldırılması təmin ediləcək.
Digər Xəbərlər
02 May 2024 12:09
Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35Azərbaycanda yeddi saatlıq iş qrafikinə keçilə bilərmi? - AÇIQLAMA
02 May 2024 11:22Ərşad Hüseynov: “Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir”
02 May 2024 11:19Düşmənçiliyi körükləyən dindar:"Mübarizə edək, Artsax, Voskepar, Krants bizimdir"
02 May 2024 11:17