adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 May 2020 15:05
17124
DÜNYA

Mətbuat konfransında Trampla jurnalist arasında SKANDAL

ABŞ prezidenti Donald Tramıntəşkil etdiyi mətbuat konfransı dünya gündəminə bomba kimi düşdü. Tramp onaverilən "Bu qədər insan öldüyü halda niyə uğurlarınızı yarışmaya çevirirsiniz?” sualına "Bunu Çindən soruşun” deyə cavab verib və konfransı bitirib. 

Adalet.az xəbər verir ki, Trampa busualı verən müxbirin Asiya əsilli olması "ABŞ prezidenti irqçilik etdi”məzmununda mübahisələrə yol açdı.

Bu sualı Trampaünvanlayan "CBS New”sun Ağ Ev müxbiri Weijia Jiang olub. CNN-nin Ağ ev müxbiri Kaitlan Collinsəsəslənən Trampın sözünü kəsən Jiang "Niyə mənə belə bir şey dediniz?” deyəsoruşanda Tramp belə cavab verib:

- Bunulazımsız suallar verən adamlara deyirəm.

Bu barədə ABŞ lideri Tvitter hesabında paylaşım edib.

"Media həqiqətən də nəzarətdən çıxıb. Necə işlədiklərinə baxın. Onlar xalqın düşmənidir. Ancaq narahat olmayın. Noyabr ayında birgə qələbə qazanacağıq”, - Prezident bildirib.