“Messini qaydalar çərçivəsində dayandırmalıyıq”
Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç DÇ-2018 çərçivəsində Argentinaya qarşı keçirəcəkləri oyundan danışıb.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o, "Barselona”dakı komanda yoldaşı Lionel Messinin qarşısını almalı olduqlarını bildirib:
"Bizi dünyanın ən yaxşı futbolçularına qarşı maraqlı oyun gözləyir. Dünya çempionatında çıxış etməyimizdən çox məmnunuq. Motivasiyamız yüksək səviyyədədir.
Messini dayandırmalıyıq, təbii ki, qaydalar çərçivəsində. İlk oyundakı nəticə heç nəyi dəyişmir. İstənilən halda onlar favoritdirlər. Əminəm ki, Argentina yığması qələbə üçün əlindən gələni edəcək. Biz də bütün dünyaya gücümüzü göstərməliyik”.
Qeyd edək ki, sabah keçiriləcək Argentina - Xorvatiya matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00