Messi dubl etdi, komandası qalib gəldi - VİDEO

Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi “İnter Mayami” MLS-də 29-cu turun oyununa çıxıb.
Adalet.az xəbər verir ki, komanda səfərdə “Nyu-York Siti” ilə qarşılaşıb. Görüşdə “İnter Mayami” 4:0 hesablı qələbə qazanıb.
Messi də bu matçda iştirak edib. 38 yaşlı hücumçu dubl etməyi də bacarıb. Digər 2 qolu isə Baltasar Rodriqes və Luis Suares vurublar.
Qeyd edək ki, hazırda “İnter Mayami” turnir cədvəlində 55 xalla 3-cüdür.
Digər Xəbərlər

FİFA 2026-cı il dünya çempionatının maskotlarını AÇIQLADI

“Qarabağ” - “Kopenhagen” oyunun biletləri satışa çıxarılır

"Qarabağ" klubu 5000, "Sabah" 2000 manat cərimələnib
