Məşhur reperə 7 illik həbs
Paris Cinayət Məhkəməsi fransalı məşhur reper Napsı (əsl adı Nabil Arlabelek) 2021-ci ilin oktyabr ayında 20 yaşlı qadına qarşı zorlamada təqsirli bilərək 7 il azadlıqdan məhrum edib.
Adalet.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.
Bildirilir ki, məhkəmənin qərarı həbsin icrasının müəyyən müddətə təxirə salınmasını nəzərdə tutur. Hökm elan olunarkən zərərçəkmiş qadın sevinc göz yaşları töküb.
Arlabelek məhkəmədə özünü təqsirli bilməyib. O iddia edib ki, hadisə qızla birlikdə spirtli içki qəbul etdikləri coşqulu axşamdan sonra hotel otağında baş verib və cinsi əlaqə qarşılıqlı razılıq əsasında olub.
Baş prokuror isə Napsın versiyasını əsassız adlandırıb və zərərçəkmişin rəfiqələrinin ifadələrinə istinad edib.
Məhkəmə zamanı həmçinin reperin şəxsi həyatı və asılılıq problemləri də müzakirə olunub. Prokuror vurğulayıb ki, qadının susması və ya hərəkətsiz qalması razılıq demək deyil.
Qeyd edək ki, zərərçəkmiş ilk dəfə 2021-ci ilin oktyabrında Napsı ittiham edib. Qadının sözlərinə görə, o və rəfiqəsi reperin hotel otağında yuxuya gediblər. Bildirib ki, cinsi əlaqə zamanı oyanıb və buna razılıq verməyib.
Digər Xəbərlər
22 Fevral 2026 14:09
"Sevdiyim şəxs var, heç "instagram"ı da yoxdur"
22 Fevral 2026 13:12
"Məni Samirlə Röya BARIŞDIRDI"
22 Fevral 2026 10:25
"Ağzından horra tökülən zırramaların qonağı olmaq istəmirik" - Murad Arif
22 Fevral 2026 08:20
İsmail Hacıoğlu serialdan çıxarıldı
22 Fevral 2026 00:30
Özgü Namal onunla sevgili olduğunu təsdiqlədi
21 Fevral 2026 19:00
"Kişinin gözü həyat yoldaşının maaşında olmamalıdır" - Əməkdar artist
21 Fevral 2026 17:51
"Manaf Ağayevdən borc istədim, amma vermədi" - Mənzurə
20 Fevral 2026 09:27


Bakı -°C

