adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Mart 2020 07:29
49412
ŞOU-BİZNES

Məşhurlardan koronavirusla bağlı təşəbbüs: “Dünyamız məhv olmasın...”

Koronavirusun tüğyan elədiyibir vaxtda hər kəs bu bəlaya özünəməxsus şəkildə reaksiya verməyə çalışır. HəmAzərbaycan, həm də dünya arenasındatanınan insanlar bəşəriyyəti təhdid edənməlum virusun yayılmamasına hansısa bir əməllə xidmət göstərməyə çalışırlar.

Adalet.az xəbər verir ki,məşhur amerikalı aktrisa Bleyk Layvli və kanadalı aktyor Rayan Reynolds nümunəviaddım atıb.

Tanınmışcütlük koronavirus (COVİD-19) epidemiyası səbəbi ilə qida və başqa ərzaq məhsullarınaehtiyacı olan şəxslərə yardım edib. Uzun illərdir evli olan Layvli və Reynolds"Feeding America” və "Food Banks Canada” xeyriyyə fondlarına ümumilikdə 1milyon dollar pul ayırıb. Bu barədə instaqramda məlumat paylaşan iki məşhursima xeyriyyə cəmiyyətlərinin bu cür yardımlara ehtiyaclarının olduğunuvurğulayıb.



Azərbaycan Respublikası NazirlərKabineti yanında Operativ Qərargahın qərarına əsasən 14 mart 2020-ci iltarixindən etibarən ölkə ərazisi xüsusi rejimə keçdiyinə görə,bizim məşhurlardabu təşəbbüsə əməl edərək sosial şəbəkələrdə paylaşımlar etməyə başlayıblar.
Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədə paylaşım edərək hər kəsi diqqətliolmağa çağırıb:"Hər birimiz özümüzü qorumaqla sağlam günlərə tezliklə çıxarıq”.

Sonraprodüser Tarix Əliyev (Tolik) də instaqramda status yazaraq hər kəsin bayramgünlərində evdə olmağını məsləhət görüb:"Dostlar, bayramlar çox əzizdi, hamıbir- birinin evinə qonaq getmək istəyir. Amma çalışın öz ailənizlə, eviniziniçində doğmalarınızla bayram günlərinizi qeyd edin. Çünki bununla bizsağlamlığımızla həm özümüzü, həm də doğmalarımızı virusdan qorumuş oluruq”.
Bundan əlavə, aparıcı Zaur Baxşəliyev instagram səhifəsində maarifləndiricivideoçarx paylaşaraq qeyd edib ki, insanlar ehtiyac olmadığı təqdirdə evdənbayıra çıxmasınlar.
Həmçinin müğənni Nura Suri də hər kəsə evdə qalmağı məsləhət görüb.



Ammaməyusedici bir xəbəri də qeyd etmək məcburiyyətindəyik. Beləki, 2001-ci ildə Rusiyanı "Miss Earth"Gözəllik yarışmasında təmsiil edən Bonya koronavirusla bağlı qalmaqallıaçıqlama verib. Bonya sosial media hesabında belə bir açıqlamaverib:"Bağışlayın, amma bunu paylaşmalıyam. Dünyamız məhv oldu. Planetiitirməkdənsə, insanlığın yarısını itirməyi üstün tuturam".

Rus gözəlinin "Planeti itirməkdən çox insanlığın yarısını itirməyi üstüntuturam" qeydi böyük reaksiya doğurub. 40 yaşlı məşhur model və aktrisaVictoria Bonyanın koronavirus haqqında sosial mediada paylaşımı izləyicilər tərəfindəntənqid hədəfinə tuş gəlib.

Yəqinki, xeyirxah məramlı addımlar atıldıqca, belə mənfur və bədniyyət düşüncələr dəolacaq!

Əntiqə Rəşid