adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Avqust 2016 12:42
11896
ƏDƏBİYYAT

Məşhur rus yazıçısı milyonçular adasında

RusiyanınAvropada ən tanınmış yazıçılarından olan Lena Lenina milyonçular adası sayılanSen-Bartda dincəlir. Maddi vəsaitdən korluq çəkməyən Lenina bu dəfə öz cibi ilə deyil, zəngin pərəstişkarının sayəsində fransız "xalqı" ilə kef edir. Deyilənəgörə, Xristofor Kolumb tərəfindən kəşf ediləndən bu yana "lordlar palatası”naçevrilmiş bu ada daim elit qonaqları ilə fərqlənib. Krallar, şahzadələr,sonrakı dövrlərdə prezidentlər, oliqarxlar, məşhur ulduzların seçimi olan bu adada qapılaraçarla bağlanmır, hətta ləl-cəvahirat əşyaları evin ortalığına qoyulur. Çünkiburda hamı elit milyonçudur. Qulluqçular da xüsusi təlim keçdikdən sonra işəgötürülür.

Leninaisə qraf əri Paskaldan ayrılandan sonra ikinci vətəni sayılan Fransada özünü təkcəqələmə vermək istəməyib. Qələm gözləyə bilər, gənclik isə gözləmir.

Qeydedək ki, Lenina Fransada çox sevilən yazıçı, aktrisa, model, teleaparıcıdır.Gözəl xarici görünüşü sayəsində bir çox reklamlara çəkilib, nüfuzlu dərgilərinüz qabığını bəzəyib. Lena həm də, Fransa və Rusiyada teleşouların aparıcısıolub, şəxsi biznesi var. Özünün dediyinə görə 1979-cu ildə, düşmənlərinindediyinə görə 1974-cü ildə, bəzi faktlara görə isə 1977-ci ildə Sibirdə, alimlərinyaşadığı qəsəbədə doğulub. Ana və atası həkim, tədqiqatçı alimlərdir.Fransızdilli məktəbi bitirib, uzun müddət Fransada yaşayıb. 10 kitabmüəllifidir, onlardan 5-in bestsellerdir. Kitabları daha çox seksual mövzulardaolduğu üçün diqqət mərkəzinə düşüb.