Məşhur futbolçu Corc Vea ölkə prezidenti seçildi
Vaxtilə İtaliyanın "Milan” klubunun əfsanəvi hücumçusu olmuş Corc Vea ölkəsinin - Liberiyanın prezidenti seçilib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, C.Vea 1995-ci ildə "Qızıl top” mükafatını qazanan ilk afrikalı futbolçu olmuşdu.
O, təkcə "Milan”ın deyil, dünya futbolunun əfsanəsi hesab olunurdu.
Corc Vea "Milan” heyətində 1995-1996 və 1997-1998-ci il mövsümlərində iki dəfə İtaliya çempionu olub.
Vea ölkəsində Demokratik Dəyişiklik Konqresinin baş nazir namizədi idi.
O, 2014-cü ildən bəri Liberiyada Montserrado bölgəsinin senatoru olaraq Senatda yer alırdı.
Liberiyanın yeni prezidentinin 51 yaşı var.(modern.az)