Məşhur azərbaycanlı modelin tükürpədən həyatı - Video
                            Modelin podiumdan həbsxanaya aparan yolu.
Bir vaxtlar foto-model kimi tanınan Qalina Babayeva artıq 4 ildir ki, həbsxana divarları arasında azadlığa çıxacağı günü gözləyir.
Adalet.az xəbər verir ki, vaxtilə podiumların əsas simalarından olan Qalina həm də 2002-ci ildə Türkiyə keçirilən gözəllik müsabiqəsinin qalibi olub.
Hələ 16 yaşı olarkən ad günündə ata-anasını yol qəzasında itirən Qalina iki dəfə ailə həyatı qurub. İkinci həyat yoldaşı narkotik aludəçisi olduğundan Qalina da bir müddət sonra narkotik qəbul etməyə başlayır. Özünün dediyinə görə, o, 3 il narkotik vasitə qəbul edib.
Qalina Babayeva törətdiyi oğurluq cinayətinə görə 2013-cü ildə məhkəmənin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilir.
Onun həyatını əks etdirən videokadrı oxuculara təqdim edirik.


                                Bakı -°C
                            
        
        
        
        
        
        
        
        
    
            
            
            
            
            