Merts "Şimal axını" nın bərpasının əleyhinədir

Almaniya kansleri Fridrix Merts "Şimal axını" layihəsinin bərpa olunmasının əleyhinə çıxış edib və eyni zamanda qaz sferası çərçivəsində Rusiya-ABŞ əməkdaşlığına mane olmaq üçün, Avropa İttifaqının yeni antirusiya sanksiyalarını dəstəklədiyini bildirib.
Bu barədə məlumat verən Financial Times qəzeti yazır ki, "Merts, Rusiya-ABŞ qaz sferasında əməkdaşlığına mane olmaq üçün, Aİ-nin "Şimal axını" layihəsinin bərpa olunmasına qadağa qoymasını dəstəkləyir... Kansler daxili debatlarda bu layihənin reaktivizasiyasının üstünlüklərinin müzakirə edilməsinn qarşısını almağa çalışır"- deyə qəzetin materialında deyilir.
Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, enerji sferası Rusiyaya qarşı hazırda işlənən 18-ci sanksiyalar paketinin əsas müddəalarından biri olacaq. "Şimal axını" lahiyələrinə qarşı da sanksiyaların tədbiq olunması müzakirə olunur.
Rüstəm Hacıyev
Digər Xəbərlər

“Azərbaycanın həmin tədbirə ev sahibliyi etməsini alqışlayıram” - Paşinyan

Papuaşvili: Baltikyanı ölkələr artıq açıq şəkildə gürcü xalqına qarşı çıxış edirlər

Tramp "Apple"ı tariflərlə hədələdi

Məhkəmə Halit Ergenc barəsində həbs qərarı çıxardı

Qarabağı tərk edənlər: 8315 nəfər Ermənistan vətəndaşlığı alıb, 30 min isə...

Putin Ukrayna ilə danışıqlar üçün Vatikana getməyəcək
jpg-1747992206.jpg)
Ermənipərəst ABŞ konqresmenindən dövlət katibinə anti-Azərbaycan ÇAĞIRIŞ
