adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
17 Mart 2023 10:44
391
SAĞLAMLIQ

Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi Novruz bayramı günlərində fasiləsiz tibbi xidmət göstərəcək

Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi Novruz bayramı günlərində də 7/24 saat ərzində tibbi xidmət göstərəcək. Təcili yardım şöbəsinin çağırış nömrəsi 905-dir. Şöbənin yüksəkixtisaslı həkim heyəti ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş ambulans maşınları ilə xəstələrə zamanında təcili tibbi yardım göstərir, ehtiyac olduqda onların Bakı şəhərindən və regionlardan daşınmasını təmin edir, reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir.

Təcili tibbi yardımı digər tibbi xidmət növlərindən fərqləndirən əsas xüsusiyyəti onun hərəkət sürətidir. Bu şöbə qəfil baş verən xəstəliklər, bədbəxt hadisələr, zəhərlənmələr nəticəsində sağlamlıq və həyat üçün təhlükə yaradan şəraitdə böyüklərə və uşaqlara həm hadisə yerində, həm də xəstəxanaya aparılarkən operativ yardım göstərməklə gecə-gündüz fəaliyyət göstərəcək. Şöbənin peşəkar tibbi personalı ağırlıq dərəcəsindən asılı olmayaraq xəstələrin ölkəmizin istənilən yerindən tibb müəsssisələrinı çatdırılmasını təmin edəcək.

Novruz bayramı günlərində şöbənin yüksəkixtisaslı həkimləri – Bəylər İmanov, Salman Rzayev, Cavad Cabbarov, Tofiq Bayramov tibbi xidmət göstərəcəklər.

Mərkəzi Gömrük Hospitalının təcili yardım şöbəsinin rəisi, təcili yardım həkimi Nərgiz Kərimova bildirib ki, bayram günlərində insanların qida rasionu bir qədər fərqləndiyinə görə, uşaqlar və böyüklər arasında qida zəhərlənmələrinə daha çox rast gəlinir, ürək-damar, şəkərli diabet, yüksək təzyiqdən əziyyət çəkən insanlarda səhhətləri ilə bağlı problemlər yaranır.