adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Avqust 2018 18:08
8051
İDMAN

Merkel Özilin Almaniya millisindən getməsindən danışdı

Almaniya kansleri Angela Merkel Məsut Özilin millidən getməsinə münasibət bildirib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, dövlət başçısı türk əsilli futbolçunun qərarı haqda bunları deyib:

"Hər kəsin Özilin Rəcəb Tayyib Ərdoğanla fotosuna öz münasibəti var.İstər Özil olsun, istər də başqası,Almaniyadakı miqrantlardan kimsə cəmiyyətdəki pis davranışdan danışırsa, biz bu məsələni diqqətlə öyrənib, müzakirə etməliyik”.

Qeyd edək ki, "Arsenal"ın yarımmüdafiəçisinin bu ilin may ayında Londonda digər türk əsilli futbolçular Cenk Tosun və İlkay Gündoğanla birgə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla şəkil çəkdirməsi alman azarkeşlər tərəfindən birmənalı qarşılanmamışdı vəÖzil təzyiqlərlə üzləşmişdi. DÇ-2018-dən sonra isə o, milli karyerasını başa vurduğunu açıqlamışdı.