Mənzilinizdə istilik var?!
Noyabrın 15-dən «Azəristiliktəchizat» ASC Bakı şəhərindəki yaşayış binalarına, sosial obyektlərə, məktəblərə və uşaq bağçalarına istilik verməlidi. Tərs kimi havalar da noyabrın 14-ü axşamından soyuyub və paytaxtda fasiləsiz yağış yağır. Təbii ki, belə havada mənzillər qızdırılmalıdır. Bəs əsl həqiqət necədir? Bakıda bütün mənzillərə istilik verilirmi?!
Başqasını deyə bilmərəm, Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin «D» massivindəki binalara və o cümlədən bizim 13-cü binaya noyabrın 15-i olsa da, hələ ki istilik verilməyib. Ümumiyyətlə, həmişə bizim yaşadığımız binaya istilik noyabrın 21-dən sonra verilir.
Əslinə qalsa, binalara istilik noyabrın 1-dən verilməlidi. Sovet dövründən qalma, qanuna görə isə istilik noyabrın 15-də verilir. Bu barədə açıqlama verən «Azəristiliktəchizat» ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirir ki, bu məsələ tezliklə həllini tapacaq. Mövsümün tez və yaxud gec başlanmasını təyin etmək təkcə bizim səlahiyyətimizdə deyil. Bu məsələyə müxtəlif dövlət qurumları kompleks yanaşmalı və geniş fikir mübadiləsi aparmalıdır. Amma bu məsələ bizim gündəmimizdədir.
Göründüyü kimi, hökumət və məlum qurum da çalışır ki, havalar soyuyan kimi əhalini istiliklə təchiz etsin. Təki belə olsun! Kor nə istər: iki göz – biri əyri, biri düz!
Emil FAİQOĞLU
Digər Xəbərlər
14 Mart 2026 12:41
Bazar günü hava necə olacaq?
14 Mart 2026 12:27
Bakıda genişmiqyaslı təmizlik işləri aparılıb, küçələr yuyulub - FOTOLAR
14 Mart 2026 12:15
Xocavəndin bu kəndinə ilk köç yola salındı
13 Mart 2026 17:46
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13 Mart 2026 13:59
Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb
13 Mart 2026 12:55
Azərbaycan bu xəstəlikdən azad ölkə statusu aldı
13 Mart 2026 12:19
Bakıda sökülən bu evlərə fərqli kompensasiya verilməsi təklif olunur
13 Mart 2026 11:57


Bakı -°C

