adalet.az header logo
  • Bakı 27°C
  • USD 1.7
19 May 2022 14:34
1887
SAĞLAMLIQ

SOS: Afrikadan dünyaya yayılan “Meymun çiçəyi” xəstəliyi - Mənşəyi bilinmir, əlacı yoxdur

Hələ ötən ilin yayında ABŞ-da rast gəlinən “Meymun çiçəyi” (“Monkeypox”) dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Media, səhiyyə şirkətləri dərhal problemdən yazdılar. Mətbuatın bildirdiyinə görə, əslində bu xəstəlik çiçək xəstəliyi ilə eyni virus ailəsindəndir.

Amma virusun müalicəsi üçün xüsusi bir peyvənd yoxdu və Çiçək xəstəliyinin peyvəndi bu virusun da müalicəsində istifadə olunur. Peyvənd bu xəstəliyin qarşısının alınmasında 85 faiz rol oynasa da tam effekt vermir. Çünki xəstəliyin mənşəyi məlum deyil. Alimlərin fikrincə , xəstəlik heyvandan insana əsasən, heyvanın insan bədənini cızması, qanı və ya havadakı tənəffüs damcıları vasitəsilə ötürülə bilər.

“Monkeypox” xəstəliyi qripə bənzəyir. Həmin xəstələrdə limfa vəzlərinin şişməsi müşahidə olunur, üzdə və bədəndə geniş şəkildə yayılır. Sonrakı mərhələdə qaşınma baş verir və yaralar ortaya çıxır. Virusun inkubasiyası 2-4 həftə arasında davam edir. Çirkli əşyalar, yaxın məsafədən təmas, dərinin zədələnməsi və ya yoluxmuş şəxsin ağız suyu vasitəsiləinsandan insana keçən xəstəlik zamanı ölüm halları 10 faizi təşkil etsə də, ölümcül hallara da rast gəlinir.

“Meymun çiçəyi” (“Monkeypox”) virusu ilk dəfə 1958-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə Dövlət Serum İnstitutu tərəfindən aşkarlanıb.

Simptomları qızdırma,üşütmə,güclü baş ağrısı, bel ağrısı, əzələ ağrısı və yorğunluqla müşahidə olunan xəstəliyə ilk dəfə insanlar arasında 1970-ci ildə Demokratik Konqo Respublikasında rast gəlinib. O vaxtdan sonra isə bir çox Mərkəzi və Qərbi Afrika xalqlarında aşkar edilib. Dana sonralar xəstəlik 2003-cü ildə ABŞ-da meydana gəlib. İngiltərədə isə ilk dəfə “Meymun çiçəyi” xəstəliyi 2018-ci ildə aşkar edilib.

Əlacı bilinməyən “Meymun çiçəyi” xəstəliyi artıq Avropada ciddi narahatçılığa səbəb olmağa başlayıb.

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, İspaniyanın aparıcı “El Pais” qəzetiyazıb. Nəşr bildirib ki, ötən gün Səhiyyə Nazirliyi Madrid Muxtar İcmasında meymun çiçəyi xəstəliyinin ilk dəfə olaraq yeddi insanda aşkarlandığını təsdiqləyib.Qəzetin mənbələrə istinadla verdiyi məlumata görə, son iki gündə bu xəstəliyə şübhə ilə rayon xəstəxanalarına müraciət edənlərin sayı 50-yə qədərdir.

Qeyd edək ki, İspaniyadan əvvəl , mayın 7-də Böyük Britaniya və Portuqaliyada yoluxma halları müəyyən edilib.

Yeri gəlmişkən, elə 2021-ci ilin mayında “Microsoft”un yaradıcısı Bill Qeyts bildirmişdi ki, ölümcül ştamın meydana gəlməsi ehtimalı istisna olunmur.

 

Əntiqə Rəşid