" 80 milyon pul şəhidlərimizin və “Tərtər” hadisəsi qurbanlarının qan puludur"
Bu gün Milli Məclisin plenar iclası olub
Adalet.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı edib. O, deyib ki, əlahiddə katoqreyiya xidmət göstərənlərin peynsiya sistemi ilə bağlı ayrı qanunvericilik olmalıdır: "Hərbçilərin pensiyası ayrı və asan şəkildə başa düşülən ayrı qanun layihəsi qəbul edilməlidir. Həmin kateqoriyaya aid olan əmək fəaliyyəti ilə yox, ən vacib məsələ olan döyüş funksiyasını yerinə yetirirlər.
Deputat sonra vurğulayıb ki, hərbi sistem qapalıdır deyə, bu sahəyə çox da diqqət yetirilmir. Lakin qapalı sistemdə digər sistemlərdən fərqli olaraq cinayətlər baş verir:"Müdafiə Nazirliyinin vəzifəli şəxsinin sonuncu 80 milyonluq mənimsəmə faktı şəhidlərimizin, eləcə də “Tərtər” hadisələrində işgəncə görərək ölənlərin qan puludur. Müdafiə Nazirliyində ən ciddi xəyanətkarlar oradan uzaqlaşdırıldı.
Necə oldu ki, yenə də yeyintilər davam edir? Hərbçilərin pensiya məsələsi əvvəl ayrı qanun şəklində var idi, lakin sonradan birləşdirildi. Hesab edirəm ki, bu məsələyə bir də baxılmalıdır. Nə zaman ki, müharibə tam bitər və sərhədlərin tam təhlükəsizliyi təmin olunacaq onda yenə birləşdirilər”.
Əntiqə Rəşid
Digər Xəbərlər
23 Sentyabr 2026 17:07
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
23 Sentyabr 2026 16:38
Əfvin icrası BAŞA ÇATDI - YENİLƏNİB
23 Sentyabr 2026 15:55
Azərbaycanın istəyi ilə İrəvandakı görüş təxirə salındı - Səbəb bu imiş
23 Sentyabr 2026 15:32
Martin Ryan azadlığa buraxılıb
23 Sentyabr 2026 15:24
166 saylı marşrut avtobusundan NARAZILIQ - VİDEO
23 Sentyabr 2026 12:35
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
23 Sentyabr 2026 12:32
Sabah 35 dərəcə isti olacaq
23 Sentyabr 2026 12:12


Bakı -°C

