adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Mart 2018 12:14
32328
DÜNYA

Mənim günahım nə idi? - Milliyətçi qadından Ərdoğana sual

PrezidentRəcəb Tayyib Ərdoğanın keçən həftə Mersində xalqı salamlayarkən bozqurdçularınsimvolu olan "Bozqurd işarəsi”ni tutması haqqında çox danışıldı. Ərdoğanın2015-dəki Uşak ziyarətində bozqurd işarəsi tutduğu üçün polislər tərəfindənsaxlanılan MHP-nin köhnə rayon idarəçisi, məhkəməsi il yarım davam edən Kayıhan "Mersindəki o səhnəni görəndə, indi özünün bozqurd işarəsi tutması mənə gülməli gəldi. Bəs, yaxşı, mənim günahım nə idi?” deyə SÖZCÜ qəzetinə danışdı.

Kayıhana "Prezidentətəhqir” iddiasıyla 4 il həbs cəzası tələb olundu və bəraət qazandı. 

ƏrdoğanMersində xalqı belə salamlamışdı 


MHP-dən istefa verib İYİ partiyasına keçən Kayıhan bunları dedi: " 2015-in 27mayında Uşakda Ərdoğanın maşını keçərkən rayon binasının eyvanından bozqurdişarəsi göstərdim. Polislər gəlib "Prezidenti təhqir elədin” deyib məniapardılar. 2 polis mənim üstümə şər atdılar , guya prezidentə demişəm ki, "Allahbəlanı versin”. Ərdoğan 2011-də Bahçeli üçün "Mən bozqurdla birgə gəzmirəm,varlıqların əşrəfi olan insanlarla gəzirəm” demişdi. İndi isə bozqurd işarəsigöstərir. İlahi ədalət var. Milliyətçilərin səsini qazanmaq üçün onlarınsimvolunu göstərməyi mənə səmimi gəlmədi. Bozqurdçuların səsini qazanmaq üçün "bozqurdsalamı” verdi”.


Devlet Bahçelidən zəhər dolu sözlər


MHP Uşak Mərkəzi rayon idarəsinin üzvü Seher Kayıhanın prezidentinmühafizəçiləri tərəfindən Uşak MHP-nin binasının içində tutulmasını DevletBahçeli İstanbul Kazlıeşme mitinqində gündəmə gətirmişdi. Kazlıeşme meydanında31 mayda təşkil olunan mitinqdə Kayıhana sahib çıxan Bahçeli bunları dedi:

"Uşakta Ərdoğanın qanunsuz mitinqindən əvvəl bozqurd işarəsi göstərən birxanım şərəfsizcəsinə saxlanılmış və sorğulanmışdı. Ərdoğanın tətikçiləri sankipartiyamızın binasına hücrəyə basqına bənzər soxulmuşdular. Bunlara 7 İyundansonra həddlərini bildərəcəyik. Ərdoğanının bozqurd işarəsinə nifrətini yaxşı bilirik. MHP-yə nifrətinidə həmçinin. Madam ki, bozqurd işarəsinə dözümsüzdür, madam ki, çaqqal hökmünübizə keçirəcəyini zənn edir, o halda bu meydan, bu da şeytan. Ərdoğanasəslənirəm. Gəlsin Kazlıeşməyə, baxsın. Yüzlərlə bozqurd işarəsi tutanvətənpərvər qardaşlarımı görəcək. Hə, səni qoruyan polislərini də bura göndər.Tərəfini tutan hakim və vəkillərini də həmçinin. Gücün çatırsa, yüz minlərləqandal vur, məhkəmələrə çıxart. Hə, Ərdoğan, qorxma, mərdsənsə agentləriaramıza burax, hamımızı ifşa elə. Fatihəni bilməyənlər deyə günahlandırdığınadamlar buradadır. Biz irəliləyirik, görəsən, sən harada fitnə planlarıqurursan?”.

 Sözçü qəzeti

Türkcədən çevirən Emin Akif