adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Mart 2018 10:52
126627
MÜSAHİBƏ

“Mən əsgərəm, harda lazım olsam orda xidmət edəcəyəm” - MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının (YAP)üzvü, 99 saylı Şəmkir kənd Seçki Dairəsindən Milli Məclisin üzvü seçilmiş Sona Əliyeva Adalet.az-a müsahibəverib. Həmin müsahibəni sizə təqdim edirik.

-Sona xanım 2018-ci ilin müvafiq dövrü geridəqalıb. Bu müddət üçün ölkəmizdəki sosial-iqtisadi vəziyyəti necə dəyərləndirirsiniz?

-Azərbaycanda24 ildir ki, ictimai siyasi sabitlik hökm sürür və bu stabilliyin nəticəsidirki, bu müddət ərzində sosial-iqtisadi vəziyyətdə davamlı inkişafa nail olunub.İqtisadi vəziyyətlə bağlı rəqəmlər faktlarla bu inkişafın tərəqqisini göstərməkdədir,belə ki, son 14 ildə toplam olaraq ölkə iqtisaiyyatına 231 milyard sərmayəqoyulub, sahibkarlara bu müddət ərzində güzəştli şərtlərlə 2 milyard manatdan çox kredit verilib.Cari ilin ancaq yanvar ayında xarici təşkilat və müəssisələr tərəfindən ölkəiqtisadiyyatına 559,8 milyon manat yönəldilib. Həmçinin dövlət tərəfindəniqtisadiyyata qoyulan investitsiyalar iqtisadi artımı stimullaşdıran əsas amillərdəndir.Bunun bərabərində sosial yönümlü iqtisadiyyatın inkişafı və cənab Prezidentinapardığı dövlət siyasətində vətəndaş amilinin və vətəndaşın sosial rifahınınyaxşılaşdırılmasının dayanması ölkə quruculuğunun gələcək inkişafına, xalqındaha yaxşı yaşamasına hesablanıb. Ölkədə əhalinin məşğulluğunun təmin edilməsi, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsiilə bağlı proqramların həyata keçirilməsi ilə yanaşı hüquqi bazanın təkmilləşidirlməsidə həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradan məqsədyönlü fəaliyyətinbir hissəsidir.

-Prezindet İlham Əliyevin müvafiq sərəncamları iləmüəllimlər, səhiyyə işçiləri və digər kateqoriyadan olan insanların əməkhaqqları artırılır. Sizcə indiki məqamda bu rtımlar vətəndaşların sosial rifahhalının yaxşılaşdırılmasında necə rol oynayır?

-İlk öncəbu məsələləri şərtləndirən başqa məqamlara toxunmaq istərdim. Dövlət büdcəsinin neftdən asılılığının azaldılması məqsədiləiqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan işlər və qeyri neftsektorunun sürətli inkişafı gələcəkdə vətəndaşların sosial rifahını yaxşılaşdıracaq əsas istiqamətlərdənbiridir. Kənd təsərrüfatı imkanlarının yenidən dəyərləndirilməsi, ölkədəpambıqçılığın, tütünçülüyün, çayçılığın, müxtəlif meyvə və tərəvəzistehsalıının artırılması, bir sözlə kəndlinin torpağa qayıtması, bunu əsasqazanc mənbəyinə və məşğulluğa çevirməsi, ümumən ərzaq təhlükəsizliyibaxımından da ixracatdan asılılığın azalması yaxşı mənada bazar qiymətlərinə vəhəyat səviyyəsinə təsirsiz ötüşmür, eləcə də bu proseslər büdcə gəlirlərinə önəmlitöhfə verir. Büdcə gəlirlərinin artması öznövbəsində ölkə siyasətinin əsas predmeti olan insan amilinin bilavasitə həyat səviyyəsinin yaxşılaşmasına xidmətedir. Sosial müavinətlərin, maaşların artıtılması da bu yöndə atılmış müsbət addımlardan biridir və cənab Prezidentin səyləri nəticəsində həyatakeçirilən beynəlxalq, regional və yerli iqtisadi layihələr gələcəyə və sosialdurumun əhəmiyyətli şəkildə yaxşılaşmasına hesablanmışdır. Bu iqtisadi layihələrin yaxın gələcəkdə gətirəcəyi iqtisadi divident və artım ölkəmizdə dünyanın inkişaf etmiş ölkələrinəuyğun əmək bazarı formalaşdıracaqdır.

- Milli Məclisdə iki komitədə təmsil olunursunuz.Elm və Təhsil Komitəsi yoxsa İnsan Haqları Komitəsindəki fəaliyyət rahatdır?

-Təmsilolunduğum hər iki komitə kifayət qədər aktiv fəaliyyət göstərir və hər ikisindəişləmək çox rahatdır. Təhsil sahəsiniyaxşı bildiyim qədər də, hüquqla bağlı fəaliyyət yenidən öyrəndiyim və maraqlısahədir.

-Yeri gəlmişkən Təhsil Naziri postu uzun müddətdirki boşdur. Maraqlıdır bir millət vəkili kimi siz kimi bu postda görürsünüz vəya sizə bu postla bağlı təklif gəlsə necə dəyərləndirərdiniz?

-Ölkə rəhbərliyininkadr siyasəti həmişə uğurlu olub. Bununla əlaqədar onu deyə bilərəm ki, ölkə rəhbərliyi tərəfindən bu sahəni kifayətqədər peşəkar bilən, innovativ vəislahatçı kadr təyin olunacaq. O ki,qaldı mənə mən əsgərəm, harda lazım olsam orda xidmət edəcəyəm, əsas odur ki, məndövlətə, xalqa səmərəli xidmət edim.

-Yeni Azərbaycan Partiyasının fəal üzvüsünüz. Qarşıdan da prezident seçkiləri gəlir. Buseçkilərdə YAP-ın şanşlarını necə dəyərləndirərdiniz?

-YAP-ınşansları kifayət qədər yüksəkdir. Çünkipartiyamızın sədri möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi nəticəsindəaparılan uğurlu daxili və xarici siyasət, ölkədə bütün sahələr üzrə həyata keçirilənislahatlar, qəbul olunnan proqramlar ölkə daxilində regionların inkişafına,iqtisadiyyatın artmasına, sosial rifahın yaxşılaşmasına gətirib çıxartmaqla yanaşı, ölkəmizi beynəlxalqarenada nüfuz və söz sahibinə çevirib. Bütün bu uğurlar seçkidə cənabPrezidentin və YAP-ın qələbəsini şərtləndirən əsas amillərdir. Bu gün YAP ölkənin ən güclü vəmütəşəkkil siyasi qüvvəsidir və alternativ rəqibi yoxdur. Xalqımız isə birmənalı öz lideri olaraq möhtərəm Prezident cənabİlham Əliyevi görür. Biz də partiya olaraq xalq-iqtidar birliyinə, xalqımızınetimadına, dəstəyinə və gücünə arxalanaraq qələbəyə inanırıq.

- Hobbiniz nədir?

-Bədii vəsənədli filmlərə baxmaq, kitab oxumaq və əlbəttə mətbəxdə olmaqdan zövq alıram.

-Siz deputatlıqla yanaşı bir sıra vəzifələrə də rəhbərlikedirsiniz. Gənc yaşda bu kimi ağır və məsuliyyətli işlərin öhdəsindən gəlmək çətinolmur ki?

-Mən gənclikyaşımı keçmişəm. Doğrudur, Şəmkir Heydər ƏliyevMərkəzinə və Şəmkir Bilik Evinə rəhbərlik edirəm, bu işlərin öhdəsindəngəlməkdə mənə Mərkəzin kollektivi köməklik edir, bizim güclü və həmrəy birkomandamız var, birlikdə bu işlərin öhdəsindən gəlirik. Ümumiyyətlə işləməkdənzövq alanlardanam və mənə bu etimad göstərilibsə, bu etimadi layiqincə doğrultmaq,dövlətə və cəmiyyətə xidmət etmək lazımdır.

- KİV-lə əməkdaşlıq eləcə də Milli Məclisin pleniariclaslarında az çıxış etmənizlə fərqlənirsiniz. Seçiciləriniz sizdən hansı məsələlərinpleniar iclasda qaldırılmasını istəyir?

-Mənhesab etmirəm ki, KİV-lərlə az əməkdaşlıq edirəm, hər halda müraciət edənjurnalistləri imkan və zaman daxilində cavabsız qoymamışam. Demək olar bütün komitəiclaslarında aktiv çıxış edirəm, müzakirə olunan məsələlər öz həllini tapır vəplenar iclaslarda çıxışa ehtiyac qalmır. Məsələlərin həlli baxımından səmərəliliyininəzərə alsaq, plenar iclaslarda çıxış etməmək də olar. O, ki qaldı seçicilərinməsələlərinə bununla bağlı aidiyyatı üzrə qurumlara müraciət olunur və müvafiqqaydada həllini tapır. Kənd seçki dairəsi olduğundan isə əsas məsələlər su,torpaq və adətən sosial məişət məsələləri ilə bağlı olur.

-Dgər deputat həmkarlarınıza da eyni sualla müraciətedirəm. Ancaq eyni cavab olur. Düşünürəm siz fərqli cavab verəcəksiniz.. Bilməkistərdim ki, deputat olaraq yerli icra hakimiyyəti eləcə də aidiyyatıqurumlarla əlaqəniz hansı səviyyədədir. Etdiyiniz müraciətlərə cavab almaq çətinolmur ki?

-Parlamentdəyeni olduğuma baxmayaraq, müraciət ediyim qurumlardan cavab almaqda çətinlikyaşamamışam,şifahi müraciətlər etmirəm, yazılı şəkildə müraciət etdiyim qurumlardan isə həmişə əsaslandlrılmış,əsasən də müsbət cavablar alıram.

- Seçki platformanizda yer alan məsələlərdənhansına nail olmusunuz?

-Parlamentseçkilərinə YAP vahid platforma ilə qatıldığından, YAP-ın namizədi olaraq seçki təbliğatımı bu platforma çərçivəsindəqurmuşam. Ümumlikdə isə parlament seçkilərində YAP- ın platforması real vəaktual məsələləri əhatə edib, qarşıya qoyulan hədəflər bu müddət ərzində yerinə yetirilib. Yarandığı gündənpartiyanın əsas məqsədi Azərbaycanı güclü və inkişaf etmiş dövlətəçevirmək, milli maraqları qorumaqla,xalqa xidmət etmək olub və hakimiyyətdə təmsil olunan partiya olaraq möhtərəmprezident cənab İlham Əliyevin rəhbərliyi altnda aparılan daxili və xaricisiyasət nəticəsində bu məqsədlərə nail olunub.

Ədil Ədilzadə