adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
02 Mart 2023 11:36
777
MARAQLI

Məmur Raufdan niyə üzr istədi? - Elyar İslamoğlu yazır

Rauf Qərib Alagöz səhər saat 8-də Zabratdakı "7-cı paralelnidə" tıxacda min bir zülmlə yuxulu-yuxulu gedirmiş. Baxırki bahalı bir məmur maşını vurnuxur, soldan-sağdan keçməyə çalışır, rəsmən belinə minmək istəyir. Pəncərəni açıb, "ay qaaam, nə olsun e bahalı məmur maşını sürersən, minəjəksən bizi", deyə əsəbi şəkildə irad bildirir. Məmur maşınının sürücüsü coşur, ağzına gələni, hətta təhdidlə nəsə deməyə başlayır. Rauf maşını söndürüb düşür, sürücü də düşür. Başlayırlar yolun ortasında bir-birini təhdid eləməyə. Sürücü Raufa deyir ki, "səni 15 sutkaya saldıraram haaaa, sən bilmirsən mən kimin sürücüsüyəm". Rauf da deyir ki, "səni şeirlərimlə biabır edəjəm, facebookda rüsvay edəjəm". Bu anda bahalı maşının arxa qapısı açılır, qalstuklu bir müəllim düşüb, "Rauf müəllim, əsəbləşməyin, üzr istəyirəm, sürücünü aparıb evdə danlayacam, tənbeh edəcəm, xahiş edirəm ki, məni facebookda biabır etməyin" deyir.

Bu söz, açığı, Raufun çox xoşuna gəlir, ürəyinə yağ kimi yayılır. Qalstuklu məmurun kim olduğunu tanımır, amma mədəni davranışını bəyənir və gözünü yumub bir anlıq düşünür ki, həmin sürücünün əlinə səlahiyyət keçsə sürücüləri minər. Tez istəyir ki, məmura öz kartını versin və ona bir şeir həsr eləsin. Amma gözünü açanda baxır ki, saat 9-a işləyib, yatıb qalıb işə gecikir.