Məmmədyarov-Lavrov-Nalbandyan görüşünün vaxtı məlum oldu
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə,Sergey Lavrov,Elmar MəmmədyarovvəEdvard Nalbandyanarasında görüş aprelin 27-də Moskvada keçirilə bilər.
Başqa bir mənbə isə APA-ya xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 27-də Moskvaya səfər edəcəyini təsdiqləyib.
Qeyd edək ki, Elmar Məmmədyarov ötən ay müsahibəsində Rusiya tərəfinin təşəbbüsü ilə üçlü görüşün keçiriləcəyini bildirmişdi.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə aprelin 19-da keçirdiyi ənənəvi brifinqdə nazirlərin üçtərəfli görüşünün keçirilməsinin gözlənildiyini açıqlayıb.
Digər Xəbərlər
29 Aprel 2024 10:14
İlham Əliyev Yan Vanmini qəbul etdi
28 Aprel 2024 23:05ABŞ Dövlət katibi: Azərbaycanla ikitərəfli əlaqələri gücləndirmək niyyətindəyik
28 Aprel 2024 23:03Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır
28 Aprel 2024 23:02Blinken: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək göstərməyə hazırıq
28 Aprel 2024 23:00